Vidadi Rzayev: ?Axtyamov heç əks-hücuma da yaramırdı?

img

08-09-2009 [01:53]


?Hər məşqçinin öz fikri var və hər məşqçi öz əlinin altındakı materialı yaxşı bilir. Bu mənada, heç kimin işinə qiymət vermək istəmirəm. Amma şəxsi fikrimcə, Finlandiya ilə oyunda əvəzləmələr düzgün olmadı. Konkret Axtyamovu meydana buraxmağa ehtiyac yox idi. Özü də hesab 1:0 olarkən. Həmin vaxt ya müdafiəçi buraxmaq lazım idi, ya da yarımmüdafiəçi. Çünki müdafəyə diqqəti artırıb əks-hücumda oynamaq gərək idi. Axtyamov isə heç əks-hücuma da yaramırdı?. Bu sözləri Qol.Az-a açıqlamasında Azərbaycan - Finlandiya matçını dəyərləndirən millimizin sabiq futbolçusu Vidadi Rzayev deyib. V.Rzayev komandamızın əvvəlki oyunlarla müqayisədə daha yaxşı təsir bağışladığını desə də, almanlar önündə şansımızın olmadığını düşünür: ?Foqtsun rəhbərlik etdiyi hazırkı heyət əvvəlki heyətdən daha yaxşı oynayır. Amma almanlar önündə şansımız yoxdur. Udulası oyun burada Finlandiya idi, orada da Lixtenşteyn. Ümid bu iki oyuna idi ki, onlardan da biri yanlış əvəzləmələr nəticəsində əldən getdi. Finlərdən bir xal almağa borcluyuq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA