Almaniya - Azərbaycan oyununa böyük diqqət

img

07-09-2009 [06:17]


Sentyabrın 9-da dünya çempionatının seçmə qrup mərhələsinin növbəti oyunu çərçivəsində Hannoverdə keçiriləcək Almaniya - Azərbaycan matçına artıq 18 min 400 bilet satılıb. Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu, dünənə olan informasiyadır. Almaniyalı həmkarlarımız "AWD Arena"da keçiriləcək qarşılaşmaya yerli azarkeşlərin böyük diqqət göstərdiyini yazıb. Onlar biletlərin satışının hələ də davam etdiyini bildiriblər. Nəzərinizə çatdıraq ki, Avropada azarkeşlər oyun biletlərini adətən qarşılaşmaya 1-2 gün qalmış əldə edirlər. Bu mənada, matç gününə kimi daha çox biletin satılacağını proqnozlaşdırmaq olar. Qeyd edək ki, Almaniya-Azərbaycan matçının oynanılacağı ?AWD Arena? stadionu Almaniyanın ən müasir stadionlarından hesab olunur və tutumu 49 min nəfərdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA