Azərbaycan milli komandandası Finlandiyaya 1:2 hesabı ilə uduzdu

img

05-09-2009 [11:02]


Bu gün Dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamız Finlandiya yığmasını qəbul etdi. Oyun həmişəkindən fərqli olaraq Lənkəran şəhər stadionunda baş tutdu. İlk yarıda yığmamız ələ düşən bir neçə qol imkanını sağa-sola xərclədi, 45 dəqiqə qolsuz bərabərliklə başa çatdı. Ikinci hissənin əvvəllərində iki ilə yaxındır ki həsrətlə gözlədiyimiz məqam yetişdi. Belə ki, 49-cu dəqiqədəVaqifin ötürməsindən sonra Elvin Məmmədov qüvvətli zərbə ilə hesabı açdı. Oyunun 74-cü dəqiqəsində Lənkərana 3 xal ardınca gələn finlər Markus Heykinenin başla vurduğu qolla tarazlığı bərpa etdi. 87-ci dəqiqədə isə qonaqlar ikinci topu vurdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA