Azad Rəhimov: ?GUAM ölkələrinin Gənclər Forumuna 2010/2011-cu ildə Azərbaycan ev sahibliyi edəcək?

img

04-09-2009 [06:03]


Gənclər və idman naziri Azad Rəhimov mətbuat konfransı keçirib. A.Rəhimov öncə Gənclər və İdman Nazirliyinin 15 illik yübileyi ilə gəncləri təbrik edib. Nazir deyib ki, bu müddət ərzində Gənclər və İdman Nazirliyi böyük bir yol keçib, çoxlu işlər görüb: ?Hesab edirəm ki, Azərbaycan dövlətində Gənclər və İdman Nazirliyinin xüsusi yeri var. Gənclər və İdman Nazirliyi olaraq, daima çalışırıq ki, ölkə üçün görülən işlər bundan sonra da önəmli, vacib olsun?. A.Rəhimov bildirib ki, bu il ilk dəfə olaraq, Azərbaycanda yay düşərgələri keçiriblər: ?Bu məsələdə Oğuz, İsmayıllı, Qazax, Lənkəran, Göygöl kimi rayonların adlarını çəkmək olar. Yay tətili zamanı minə yaxın gənc bu yay düşərgələrində həm istirahət edib, həm də maariflənmə proqramı əsasında biliklər qazanıblar. Düşərgələrdə bir çox tədbirlər həyata keçirilib, ?Liderlər? tədbiri də buna misaldır. Mən inanıram ki, gənclərimiz istirahətlə yanaşı, vaxtlarını maraqlı keçiriblər. 150-yə yaxın gənc müxtəlif beynəlxalq tədbirlərdə iştirak edib. Biz, Gənclər və İdman Nazirliyi olaraq, çalışırıq ki, gənclərimiz müxtəlif beynəlxalq tədbirlərdə iştirak etsinlər?. Nazir həm də deyib ki, bu il onlar üçün çox önəmli olub. Çünki 23 Qeyri-Hökümət Gənclər təşkilatlarının layihələri Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilib: ?Keçən il belə layihələrin bir başa maliyyələşməsinə köməklik edə bilməsək də, bu il Qeyri-Hökümət Gənclər təşkilatlarının 323 layihəsini və onlardan 10-u böyük layihə olmaqla, artıq Gənclər və İdman Nazirliyi maliyyələşdirir?. A.Rəhimov onu da nəzərə çatdırıb ki, QHG təşkilatı rayonlarda kompüterlə bağlı böyük bir layihə həyata keçirib. 3 minə yaxın gənc bu layihənin iştirakçısı olub: ?Bu gün Gənclər və İdman Nazirliyində 100-ə yaxın müxtəlif layihələr qeydiyyatdan keçib və bizim İctimai Şura həmin layihələrin üzərində işləyir. İnanıram ki, bu ilin axırına kimi bir çox layihələri Gənclər və İdman Nazirliyi maliyyələşdirəcək?. Nazirin sözlərinə görə, bu yaxınlarda GUAM ölkələrinin Gənclər Forumu Azərbaycanda keçirilmişdi. 2010/2011-ci ildə Gənclər Forumuna ev sahibliyini Azərbaycan edəcək: ?Bu bizim üçün çox sevindirici haldır?. Avropa Şurasının yay məktəbinin Bakıda da keçirilməsini və 35 ölkənin bu təbdirə qatılmasını da yüksək qiymətləndirən nazir bildirib ki, bu tədbir çox yüksək səviyyəli olub. İşsizliklə bağlı İqtisad Universiteti ilə bağlı layihələrinin davam etdirildiyini də deyən A.Rəhimov 1500 nəfər gəncin işlə təmin edildiyini bildirib. Nazir, Gənclər və İdman Nazirliyi üçün ən önəmli tədbirlərdən biri kimi Tələbə-Gənclər konfransının keçirilməsini sayır: ?Bu tədbirdə Tələbə-Gənclər təşkilatının ümümrespublika sədri seçiləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA