Tarzən Əyyub Quliyev çexiyadan səfərdən qayıdıb

img

31-08-2009 [05:46]


Beynəlxalq müsabiqələr laureatı , dirijor və eyni zamanda tarzən Əyyub Quliyev Çexiyadan səfərdən qayıdıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə tarzənin özü məlumat verib. ?Bu yaxınlarda Çexiyada beynəlxalq yay musiqi festivalı keçirilirdi. Həmin festivalda Azərbaycanı mən təmsil etdim. Festival Çexiyanın çox gözəl, eyni zamanda tarixi bir məkanında-Tbilisi şəhərində baş tutdu. Proqramm boyu festivalı Çexiyanın ən nifuzlu orkestlrəndən biri olan ?Şimali Çex filormanik orkestri? müşayiət edirdi. Azərbaycan ilk dəfə idi ki, belə böyük bir festivala qatılırdı. Demək olar ki, festival artıq ənənə halını alıb. Festivalda dünyanın ən tanınmış musiqiçiləri, dirjorlar və məşhur fokal müğənniləri iştirak edirdi. Böyük Britaniya, Almaniya, Filandiya, Fransa, İtaliya, Hollandiya, Braziliya kimi ölkələr bu festivıalın iştirakçısıdı. Mən həmin festivalda iki gün çıxış etdim. Böyük konsertlərim oldu. Açığını deyim ki, konsertlərə böyük maraqlar vardı. Repertuarda əsasən dünya klassiklərinin musiqilərini ifa etdik?. Tarzənin sözlərinə görə, festival Avropa Musiqi Akademiyasının təşkilatçılığı ilə baş tutub. Bundan başqa Çexiya Mədəniyyət Nazirliyi və İsveçrənin Musiqi və İncəsənətlər Universiteti də bu işə dəstək olub: ?Mən özümlə Azərbaycan haqqında musiqi materialları aparmışdım. Onları payladım. Həm də çıxış etdim. Düzdür, onlarda Azərbaycan musiqisi barədə böyük məlumat yox idi. Amma çalışdım ki, bu boşluğu az da olsa aradan qaldıra bilim?. E.Quliyevin səfərləri bununla yekunlaşmır. O eyni zamanda sentyabrın sonlarında Ruminiyada keçiriləcək festivala dəvət alıb: ?Burda əsasən dirjorlar iştirak edəcək. Azərbaycan ilk dəfədir ki, bu festivala qatılacaq. Bundan başqa isə oktyabrda ikinci bir festival olacaq. Əslində bu mənim üçün ən vacib festivallardan biridi. Həmin festivalda artıq mən tək deyil, tarzən, xalq artisti Ramiz Quliyevlə birlikdə iştirak edəcəm. Ukraynanın Kiev və Danetsk şəhərlərində Azərbaycanın müstəqilliyinə həsr olunmuş silsilə konsertlər keçiriləcək. Konsertin təşkilatsısı Azərbaycanın Ukraynadakı səfirliyi və diasporasıdı. Sağ olsunlar ki, bizi də dəvət ediblər. Proqramda Qara Qarayevin, Fikrət Əmirovun, Üzeyir bəy Hacıbəyovun sırf tar üçün yazılmış əsərləri səslənəcək?. Ə.Quliyev onu da bildirdi ki, konsertdən başqa həmin məkanlarda böyük sərgilər də təşkil olunacaq. Bütün bunlar Azərabycan üçün əlamətdar hadisələrdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA