Xalq artisti Vaqif Əsədov infarkt keçirib

img

02-09-2009 [03:19]


Xalq artisti, tanınmış rejissor Vaqif Əsədov infarkt keçirib. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumatı hazırda səhhəti normallaşmaq üzrə olan rejissorun özü verib. Deyib ki, 10 gün bundan əvvəl Gəncəyə gedərkən, Ucar yolunda qəfildən səhhəti pisləşib: ?Gözümü bir də açdım ki, Ucar rayon xəstəxanasındayam. Həkimlər dedilər ki, infartk keçirmisən. 10 gün məni müayinə və müalicə etdilər. Mən bir rejissor kimi Ucar rayon xəstəxanasının bütün heyətinə ailəm adından minnətdarlığımı bildirirəm?. V.Əsədov onu da bildirdi ki, müalicədən sonra səhhətində xeyli irəliləyiş var. Hazırda isə rejissorun müalicəsi ev şəraitində davam etdirilir. Qeyd edək ki, rejissor sentyabrın 15-də Teatr bayramına qatılıb-qatılmamaq barədə qərar verə bilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA