ilham Əliyev və xanımı Mehriban Əliyeva Gimnastika Kompleksinin təməlqoyma mərasimində iztirak ediblər

img

26-08-2009 [03:30]


Bu gün Bakıda Gimnastika Kompleksinin təməlqoyma mərasimi keçirilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. İ.Əliyev Gimnastika Kompleksinin layihəsi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, 3,5 hektar ərazidə yerləşəcək kompleksdə gimnastların məşq keçmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait yaradılacaq. M.Əliyeva gilizi təmələ atıb və beton qarışığı töküb. İ.Əliyev də təmələ beton qarışığı töküb. Prezident mərasim iştirakçılarını təbrik edib, kompleksin inşası ilə bağlı tövsiyələrini verib, inşaatçılara uğurlar arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA