Qurban Qurbanov yetirmələrinə bu gün də məzq keçdi

img

20-08-2009 [03:30]


"Qarabağ" artıq Avropa Liqasının pley-off mərhələsinə hazırdır. Klubun mətbuat xidmətindən Fanat.az-a bildirilib ki, dünən komandamız matçdan öncə son hazırlığını keçirib. Lakin bu heç də sonuncu məşq olmayıb. Belə ki, təmsilçimiz bu gün saat 10.30-da yüngül çalışma ilə oyunun hazırlıqlarını yekunlaşdırıb. Dünənki məşqə gəlincə, "Qarabağ" oyunun keçiriləcəyi vaxtda, 20.00-da meydana ayaq basıb. Buna qədər isə baş məşqçi Qurban Qurbanov 19.30-da jurnalistlərin önünə çıxıb. "Qarabağ"a Hollandiyada maraq yetərincə böyükdür. Belə ki, məşqi yetərincə yerli jurnalist izləyıb. Təxminən 1 saat davam edən çalışmada Emin İmaməliyev komandadan ayrı çalışsa da, cəzası səbəbindən matçı buraxmalı olacaq Elnur Allahverdiyev komanda ilə birgə məşq edib. Bu gün meydana çıxmayacaq Rəşad Sadıqov, Elnur Allahverdiyev və Emin İmaməliyevin yerinə müvafiq olaraq Zaur Həşimov, Ayxan Abbasov və Əfran İsmayılovun oynayacağı gözlənilir. "Tvente" - "Qarabağ" matçı bu gün Bakı vaxti ilə saat 23:00-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA