?Zenit? Foqtsla maraqlanmır

img

19-08-2009 [01:24]


?Rusiya?nın ?Zenit? klubu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqrsla maraqlanmır. Qol.Az-ın Hollandiyanın depers.nl saytına istinadən verdiyi məlumata görə, Sankt-Peterburq klubunun baş məşqçi postunda görmək istədiyi namizədlər siyahısında ümumiyyətlə, almaniyalının adı yoxdur. Ruslar hazırda İtaliyanın ?İnter? klubunun sabiq baş məşqçisi Roberto Mançini ilə danışıq aparırlar. İtaliyalı mütəxəssis də bunu təsdiq edib: ?Ruslar Dik Advokatın istefasından sonra, ?Zenit?in baş məşqçisi kimi məni görmək istəyirlər. Ruslarla rəsmi müqavilə bağlamamışam. Amma yetərincə cəlbedici və maraqlı təklifdir?. Qeyd edək ki, bu yaxınlarda Almaniyanın məhşur ?Bild? nəşri ?Zenit? rəhbərliyinin bu klubun baş məşqçi olmaq üçün Berti Foqtsa rəsmi təklif göndərdiyinə dair informasiya yaymışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA