Torsten Fink: ?Bakı?nı zəif komanda adlandırmazdım?

img

19-08-2009 [01:18]


?İsveçrə çempionatının son turunda məğlub olmağımız heç də yaxşı olmadı. Amma həmin məğlubiyyəti artıq unutmuşuq. Başqa çarəmiz də yoxdur. Çünki indi bizi ?Bakı? ilə vacib oyun gözləyir. Bütün kollektivin diqqəti həmin qarşılaşmaya yönəlib?. Qol.Az-məlumatına görə, bu sözləri Avroliqanın play-off mərhələsinin ilk oyunları çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda ?Bakı?yla qarşılaşacaq İsveçrənin ?Bazel? klubunun baş məşqçisi Torsten Fink deyib. Almaniyalı mütəxəssis qarşılaşma haqqında isveçrəli jurnalistlərin suallarını cavablandırarkən aşağıdakıları deyib: ?Rəqibi qiymətləndirmək lazımdır. ?Bakı?nı zəif komanda adlandırmazdım. Bir oyunlarının kasetinə baxmışam. Təbii ki, qələbə qazanmaq üçün meydana çıxacağıq. Amma, prinsipcə qollu heç-heçə də pis olmazdı?. Qeyd edək ki, artıq Bakıda olan qonaqlar bu gün axşam saat 17:00-da matçın oynanılacağı stadionda məşqə çıxacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA