Rəzad Sadıqov ?Tvente?ylə cavab matçında oynaya bilər

img

15-08-2009 [07:10]


Milli komandamızın kapitanı, Rəşad Sadıqov ?Tvente?ylə matçda forma geyə bilər. Bu haqda təcrübəli müdafiəçi Qol.Az-a verdiyi müsahibədə məlumat verib: ?Hazırda zədəm ciddidir. Ayağım çox pis ağrıyır. Hətta gəzəndə belə ağrı hiss edirəm. Buna görə də həkimlər deyirlər ki, 6 həftə futbol oynamamalısan. Amma Allahın işidi, nə bilmək olar? Komanda səfərdə sərfəli nəticə qazansa, ağrılarım azalsa, bəlkə ?Tvente?yə qarşı Bakıda keçirilən cavab matçında oynadım. Hələ ?Honka?yla oyundan qabaq zədəliydim, oynamamalıydım. Hazırda ?Bakı?nın müdafiəçisi Barbosanın aldığı zədədən almışdım. Görürsünüz, həkimlər ona deyiblər ki, 3 həftə oynamamalısan. Amma mən 5 gündən sonra məşqlərə başladım, altıncı gün isə artıq topla çalışdım. Ona görə yenə də ümidimi itirmirəm. Vəziyyətim düzəlsə, bəlkə də cavab matçında meydana çıxdım. Amma görsəm ki, yox, Almaniyayla oyunda olduğu kimi, ağrım çoxdur, o zaman oyunda iştirak etməyəcəyəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA