Otüstü hokkeyçilərimiz Avropa çempionatına yollanır

img

14-08-2009 [04:15]


22-30 avqust 2009-cu il tarixində Amsterdam şəhərində qadınlar arasında Otüstü Hokkey üzrə Avropa çempionatının final mərhələsi keçiriləcək. A qrupunda yarışacaq komandamızın rəqibləri 22 avqust Niderland , 23 avqust Rusiya, 25 avqust tarixində isə İngiltə komandaları olacaq. Lakin yarışlardan öncə Amsterdamda təlim məşq toplantılarında iştirak edib, yoldaşlıq görüşləri keçirmək məqsədi ilə komandamız 15 avqust tarixindən Niderlanda yola düşəcək. Qeyd edək ki, 1-4-cü yerlərin qalibi olacaq komandalar 2010-cu ildə Argentinada keçiriləcək Dünya çempionatının final mərhələsində yarışmaq imkanı əldə edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA