Avqustun 7-də daha iki jurnalist həbs oluna bilər

img

06-08-2009 [08:41]


Avqustun 7-də Nəsimi rayon Məhkəməsində "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovun iddiası üzrə "Qaynar.info" portalının baş redaktoru Zahir Əzəmətə və "Fanat.az"-ın köşə yazarı Natiq Muxtarlıya qarşı məhkəmə prosesi davam etdiriləcək. Qaynar.info-nun verdiyi xəbərə görə, saat 15.00-da hakim Elmar Kərimovun sədrliyi ilə keçiriləcək iclasda məhkəmənin yekun qətnamə qəbul etməsi gözlənilir. Qeyd edək ki, Mais Mənsimov özünün və ailəsinin şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə hər iki jurnalistin həbs olunmasını tələb edir. Əlavə edək ki, M.Mənsimov Natiq Muxtarlının Fanat.az saytında ayrı-ayrı vaxtlarda dərc olunan dörd yazısından şikayətçidir. Zahir Əzəməti məhkəməyə verməyinə səbəb kimi isə, "fanat.az" domeninin onun adına qeydiyyatda olmasını göstərib. Məhkəmənin ilk iclasında hakim iddiaçı tərəfə Zahir Əzəmətlə bağlı mövqelərini dəqiqləşdirmək üçün əlavə müddət versə də, Mənsimovlar iddialarında israr etdiklkərini bildiriblər. Fanat.az saytının nə təsisçisi, nə də baş redaktoru olmadığını bildirən Zahir Əzəmət məhz bu məqama görə, məhkəmə iddiasının planlaşdırılmış sifariş ola biləcəyindən ehtiyatlanır: "Məhkəmə prosesinin son vaxtlar gənc fəalların ardıcıl həbsləri ilə bir dövrə düşməsi düşündürücü faktdır. Hər halda hər şey sabah aydın olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR