?Gündəlik Bakı?nın saytına hücum oldu

img

01-08-2009 [07:23]


?Gündəlik-Bakı? qəzetinə internet saytına haker hücumu olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə "Gündəlik Bakı" qəzetinin redaksiyasından məlumat daxil olub. "28.07. 2009 il tarixində saytımıza giriş məhdudlaşdırılmışdı. Bunun səbəbini öyrənmək üçün araşdırmalar apardıq və məlum oldu ki, saytın parolunu dəyişiblər. Problemi tez bir zamanda aradan qaldırdıq və sayt öz fəaliyətini davam etdirdi. Ötən gün isə www.gundelik-baku.com internet saytına yenidən daha təhlükəli müdaxilə edilib. Bu dəfə isə həm istifadəçi adına, həm də parola müdaxilə edilərək sayta aşağıdakı sözlər yerləşdirilib. "SOS: ?Donuz Qripi? gündelik-baku.az-a geldi. Xeyri yoxdur eeee!!!!!. Ne qeder deyirler açıq bağlayın, guvenliyiniz tehlukededir. Amma xeyri yoxdur ki, yoxdur!!!! Adminləri tebrik edirem. Sizin sayt eladır. Tehlükesizlik bombadır. "- deyə məlumatda qeyd olunur. Sözügedən qəzetin baş redaktoru Habil Vəliyev bildirib ki, dəfələrlə buna oxşar hallarla rastlaşıblar: ?İki gün öncə saytımızın admin parolunu dəyişmişdilər. Biz bu problemi dərhal həll etdik və bu əməlin kimin tərəfindən törədildiyini araşdırmağa başladıq. Üstündən bir gün keçməmiş yenidən sayta müdaxilə edilərək təhdid dolu təhlükəli material yerləşdirilib?. H.Vəliyev onu da nəzərə çatdırıb ki, məsələ ilə bağlı bütün güc strukturlarına müraciət olunub: ?Sayta edilən müdaxilələrlə bağlı bütün güc orqanlarına - Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, Respublika Baş Prokurorluğuna məktub şəklində müraciət olunub. Müraciətdə sayta edilən müxadilənin qarşısının alınması və bu hərəkətin kim tərəfindən edildiyinin aydınlaşdırılması xahişi olunub?. Baş redaktorun sözlərinə görə, sayt bu gündən öz fəaliyyətini müvəqqəti olaraq dayandırır. Saytın güvənliyinin təmin edib tam əmin olmayana qədər sayt işləməcəyək: ?Bəyan edirəm ki, saytımızda hər hansı bir təhlükəli material yerləşdirilərsə qəzet rəhbərliyi və kollektivi buna görə heç bir məsuliyyət daşımayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:56 23.06.2025

Unun qiyməti açıqlandı

12:36 23.06.2025

Sabah yağış yağacaq