Jurnalistlərin məhkəməsi təxirə salındı

img

07-08-2009 [06:29]


"Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovun Fanat.az-ın layihə rəhəbri Zahir Əzəmət və saytın köşə yazarı Natiq Muxtarlıya qarşı qaldırdığı iddia ərizəsi üzrə məhkəmə prosesi bu gün davam etdirilib. Qaynar.info-nun verdiyi xəbərə görə, Nəsimi rayon Məhkəməsində hakim Elmar Kərimovun sədrliyi ilə keçirilən proses təxirə salınıb. Belə ki, jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Xalid Bağırov prosesə hazırlaşmaq üçün əlavə vaxt istəyib və məhkəmənin təxirə salınması ilə bağlı vəsatət qaldırıb. Hakim vəsatəti təmin edərək, məhkəməni 10 gün tərixə salıb. Qeyd edək ki, Mais Mənsimov özünün və ailəsinin şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə jurnalistlər barəsində xüsusi ittiham qaydasında şikayət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR