"Qarabağ"ın "Bakı"nın heç-heçəsində rolu

img

29-07-2009 [05:55]


"Bakı"-"Levski" oyununun ikinci hissəsinin əvvəlində rəqib müdafiəçi tərəfindən zədəyə məruz qalaraq, meydanı xərəkdə tərk edən braziliyalı oyunçu Felipe Almeyda Feliksin vəziyyəti stabildir. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə "Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov verib. Klub rəsmsininin dediyinə görə, hazırda oyunçu ev şəraitində müalicə olunur: "İndi Feliks həkim nəzarəti altındadır. Vəziyyəti getdikcə yaxşılaşır". Y.Seyidovun sözlərinə görə, həkimlər braziliya nəhəngini gələn həftə Bolqarıstanda keçiriləcək oyuna hazırlayır: "Çox güman ki, Feliks gələn həftə keçiriləcək görüşdə meydana çıxacaq. Məqsədimiz rəqib meydanında qalib gələrək, növbəti mərhələyə adlamaqdır". İcraçı direktor oyunçulara vəd olunan mükafata da toxunaraq, bildirib ki, hazırda hər kəsi "Bakı"nın növbəti mərhələyə çıxması və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması daha çox maraqlandırır: "Çünki biz tək özümüzü deyil, bütün Azərbaycanı təmsil edirik". Xatırladaq ki, ikinci hissənin əvvəlində rəqbi komandanın sarı vərəqə almış oyunçusu Yusuf Rabeh onu geridə qoymuş Feliksin ağzına ayağıyla zərbəeqdirdikdən sonra oyunçumuz huşunu itirmişdi. Bir çox futbol mütəxəssislərin fikrincə, norveçli hakimin oyunda "Levksi"nin xeyrinə 12-ci oyunçu qismində çıxış etməsinin səbəbi isə "Qarabağ"ın "Rusenborq"u biabırçı məğlubiyyətə uğratmasıdır. [b]Intiqam Valehoglu[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA