Subaziç milli karyerasını davam etdirəcək

img

01-07-2009 [06:15]


Branimir Subaşiç Azərbaycan millisindəki karyerasını başa vurmayıb və çıxışını davam etdirəcək. Milli komandada Berti Foqtsun köməçisi olan Vaqif Sadıqovun sözlərindən belə qənaətə gəlmək olar ki, bu haqda yayılan söhbətlərin əsası yoxdur. Qol.Az-ın əməkdaşı ilə söhbətində Sadıqovun məsələyə münasibəti bu cür oldu: ?Düzü, mən bu haqda ilk dəfədir sizdən eşidirəm. Kİm onu deyib bilmirəm, amma, bununla bağlı məndə heç bir informasiya yoxdur. Subaşiçin adı ehtiyat heyətdə yer alıb və o, hər an əsas heyətə qatıla bilər. Bir də ki, əgər Subaşıç Azərbaycan millisində oynamaqdan imtina etsə idi, o zaman AFFA-ya bununla bağlı rəsmi surətdə müraciət edərdi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA