Yalçın Rzazadə: ?Zarafat deyil, ağır əməliyyat keçirmizəm?

img

27-07-2009 [06:20]


Bir müddət bundan öncə Türkiyədə ürəyindən cərrahiyə əməliyyatı edilən xalq artisti Yalçın Rzazadə özünü yaxşı hiss etsədə, hələ ki, xəstəxananın və qəbul etdiyi dərmanların təsiri altındadır. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Yalçın Rzazadə deyib ki, artıq bir neçə gündür vətəndədir: ?Xəstə gedib, sağ və salamat qayıtdım. Vətənə gəldiyim gündən evimə gələnlərin ardı-arası kəsilmir. Dost-tanış əhvalımla, sağlamlığımla maraqlanır, sağ olsunlar. Məndən ötrü narahat olan bütün insanlara minnətdaram. Zarafat deyil, ağır əməliyyat keçirmişəm. İnsanı idarə edən, onu ayaq üstə gəzdirən ürəyidir. Sağlamlığımı, həyatda yaşadığımı görsəm də, səhhətimlə bağlı baş verənlərə inana bilmirəm. Çünki hələ də əməliyyat olunduğum xəstəxananın təsiri və mühiti altındayam. Hara getsəm də, bu iyi mənimlədir. Hətta evimə də girəndə xəstəxananın iyisini duyuram. Başa düşə bilmirəm ki, bu iyi niyə mənim burnumdan getmir? Hələ ürəyimdə əməliyyat aparan həkimləri demirəm. Cərrahlar gözümün qarşısında yenə var-gəl edirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA