Kino günündə qanı qaralanların sayı sevinənlərdən çox olacaq

img

23-07-2009 [05:28]


Avqustun 2-si Azərbaycanda Kino günüdür. Bu məqsədlə Heydər Əliyev Sarayında böyük bir tədbir keçiriləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Kinemotoqrafçılar İttifaqının katibi Əsəd Əsədov məlumat verib. Ə.Əsədov deyib ki, hər il bu bayram dövlət səviyyəsində qeyd edilir: ?Kino işçiləri bu ildə dövlətin diqqət mərkəzindədir. Amma ortaya bir problem çıxıb. Belə ki, avqustun 2-si bazar gününə təsadüf etdiyindən kino işçilərinin peşə bayramının günü dəyişdirilib. Belə qarara alanıb ki, bu təmtəraqlı mərasim iyulun 31-də keçirilsin?. Ə.Əsədovun fikrincə, bu bayrama səbəb həmdə neçə vaxtdır ki, istehsalatda olan ?Cavad xan? filminin təqdimat mərasimidir: ?Belə qarara alınıb ki, ?Cavad xan? filminin təqdimat mərasimi məhz Kino gününə təsadüf etsin. O ki qaldı mərasimə dəvət edilənlərə, bu, nazirlik səviyyəsində həllini tapıb. Amma onu da deyə bilirəm ki, mərasimə ölkə kənarından kino mütəxəssisləri dəvət olunmayıblar?. Ə.Əsədovun bildirdiyinə görə, həmin günü kino işçilərinin bəziləri sevinsədə, bəziləri qəmə batacaq: ?Çünki prezident İlham Əliyevin sərəncamı gözlənilir. Təbii ki, bu sərəncam bütün kino işçilərinin diqqət mərkəzindədir. Kimi mükafat, kimi fəxri ad, kimi də Prezident təqaüdünə layiq görüləcək. Bundan başqa, yəqin ki, bəzilərinə ev də veriləcək. Əfsuslar olsun ki, bu peşə bayramında qanı qaralanların sayı sevinənlərdən iki dəfə artıq olacaq. Çünki hamını eyni vaxtda sevindirmək mümkün deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA