Jurnalistlər apellyasiya zikayəti verəcək

img

23-07-2009 [05:35]


İyulun 22-də Nizami rayon Məhkəməsində ?P.S Nota? qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəylinin və qəzetin baş məsləhətçisi Fərəməz Novruzoğlunun 3 ay azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb. Müstəqil İnformasiya Agentliyinə açıqlamasında sözügedən qəzetin baş redaktor əvəzi Sərdar Əlibəyli bu məsələnin arxasında çox ciddi sifariş olduğunu söyləyib: ?Məhkəmənin qərarı ilə razı deyilik. İlk növbədə Apellyasiya Məhkəməsinə müraciət edəcəyik. Qanuni yollar hələki tükənməyib. Çalışacayıq ki, Apellyasiya Məhkəməsində ölkədə azad mətbuatın və azad düşüncənin var olduğunu bəzi adamlara başa sala bilək. Düzü, mən belə məsələləri siyasiləşdirib böyük kampaniya formalaşdırmağı sevmirəm. Bu ölkədə haqlı və ya haqsız yüzlərlə insan həbs olunur. Mən özümü haqsız olaraq həbsxanaya gedən insanların arasında daha rahat hiss edirəm, nəinki imkanı olub ölkəni bir-birinə qatmaq istəyən insanların arasında. Qanun imkan verdiyi müstəvidə biz öz hüquqlarımızı qorumağa çalışacayıq. Mən Azərbaycanda nə Apellyasiya Məhkəməsindən, nə yerli məhkəmələrdən, hətta Ali Məhkəmədən də ədalətli qərar gözləmirəm. Bu prosesləri dəfələrlə keçmiş adamam. Sadəcə, qanunlarla ayaqlaşmaq lazımdır. Bu məsələnin arxasında çox ciddi sifariş olduğunu dəqiq bilirəm?. S.Əlibəyli deyib ki, beynəlxalq təşkilatlar məsələdən xəbərdar olduqları halda heç bir reaksiya vermirlər: ?Prosesin başlanğıcında bir dəfə Norveç səfirliyində oldum. Açığı, səfirliyin məsələyə münasibətini özümçün dəqiqləşdirə bilmədim. Görünür, onların öz siyahısı var. Biz Azərbaycan xalqından, dövlətindən savayı heç kimə güvənmirik. Hər halda bəzi instansiyalar vasitəsilə beynəlxalq təşkilatlara məlumat verilib və onlar məsələdən xəbərdardırlar. Mətbuat günündə 3 jurnalist birdən həbs olunub, amma bu, heç kimi narahat etmir. Ona görə də mən bu məsələdə ikili standart olduğunu düşünürəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR