Əvəz Zeynallı barəsində bazlanılmız cinayət izinə xitam verilib

img

29-07-2009 [08:05]


Bu gün Nərimanov rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə Adolf Hitlerin "Mənim savaşım" kitabının tərcüməsinə görə Milli Təhlükəsizlik Nazirliyində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırılmış cinayət işinə əsasən son məhkəmə prosesi keçirildi. Əvəz Zeynallı yekun çıxışında bildirdi ki, Adolf Hitlerin ?Mənim Savaşım? kitabının tərcüməsində heç bir milli-irqi ayrı-seçkilik yoxdur və məqsədi yalnız dünyanın böyük əsərlərini Azərbaycan dilinə tərcümə etmək olub: ?Bu səbəbdən də barəmdə Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə başlanmış cinayət işinə xitam verilməsini xahiş edirəm.? Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Elfaq Səfərov son çıxışında Əvəz Zeynallının 1500 manat cərimə olunmasını istəmişdi. Hakim müşavirədən sonra Əvəz Zeynallı barəsində başlanılmış cinayət işinə xitam verilməsi barədə hökmü elan etdi. Xatırladaq ki, Adolf Hitlerin "Mənim savaşım" kitabının tərcüməsinə görə, 2004-cü ilin dekabr ayında MTN-də AR CM-in 283,1 maddəsi (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi qaldırılmış və 2005-ci ilin fevral ayında əməldə cinayət tərkibi olmadığına görə işə xitam verilmişdi. 2007-ci ilin may ayında kitabın ikinci nəşri ilə əlaqədar cinayət işi Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən yenilənərək, yenidən MTN-in istintaq idarəsinə göndərilmiş və həmin ilin avqust ayında cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdi. Qeyd edək ki, RATİ əməkdaşları məhkəmədən foto və videoçəkiliş aparmaq üçün müraciət etsələr də hakim icazə verməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR