Aslan Hüseynov Qırğızıstanda solo-konsert verəcək

img

22-07-2009 [05:08]


Müğənni Aslan Hüsenyov solo-konsertə hazırlaşır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən sənətçinin sözlərinə görə, sözügedən konsert layihəsi Qırğızıstanda reallaşacaq. ?Əslində bu konsert çoxdan baş tutmalıydı. Düz 7 ildən yuxarıdır ki, mən Qırğızıstanda solo-konsert vermirəm. Darıxan təkcə onlar deyil, həm də mən qırğız səhnəsini çox arzulayıram?,- deyən müğənni bildirdi ki, konsert təklifi ilk olaraq Qırğızıstan tərəfdən gəlib. Onun sözlərinə görə, bu təklif arzulanan olduğundan o, bunu məmnuniyyətlə qəbul edib. A.Hüseynov onu da bildirdi ki, o, sözügedən konsertdə ancaq Azərbaycan mahnılarına üstünlük verəcək. Onun fikrincə, konsert boyu repertuarda yalnız bir özbək mahnısı olacaq: ?Mən üz tutduğum səhnələrdə həmişə Azərabycan mahnıları ifa etimişəm. Bu konsertdə də öz ənənəmə sadiq qalacam. Bu yaxınlarda bir özbək xalq mahnısı yazdırmışam. Ola bilsin ki, həmin mahnını da ifa edəm?. İyulun 29-da baş tutacaq konsertdə A.Hüseynov tək oxuyacaq. Azərbaycan şou-biznesindəki duet ortaqlarından o, heç kəsi bu konsertə dəvət etməyib. Bunun səbəbini müğənni belə izah etdi: ?Qırğızıstan tərəfi təkcə məni dəvət edib. Buradan heç kəsi aparmayacam. Amma orada mənim çoxlu dostlarım var. Təbii ki, həmin dostlarım da konsertə dəvətlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA