Andres Herkel ?Jurnalistlərin dostu? oldu

img

17-07-2009 [02:57]


Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzi 2009-cu ildə Azərbaycanda söz və mətbuat azadlığının müdafiəsində xidmətlərinə görə, ?Jurnalistlərin dostu? mükafatının qalibini elan edib. Mərkəzin yaydığı məlumatda bildirilir ki, 12 gündəlik qəzet, 4 televiziya kanalı, 3 informasiya agentliyi, 3 internet qəzetinin ümumilikdə 50 əməkdaşı arasında aparılan sorğuda media nümayəndələri ?Azərbaycanda söz və mətbuat azadlğınını müdafiəsində hansı təşkilatın (şəxsin) fəaliyyətini yüksək dəyərləndirirsiniz? sualına cavab verib. Nəticədə bir neçə səs çoxluğu üstünlüyü ilə Andres Herkel bu ada layiq görülüb. Mükafatın təqdimetmə mərasimi ilə bağlı əlavə məlumat veriləcək. Bu mükafata ötən il ABŞ-ın Azərbaycandakı sabiq səfiri Enn Dersi layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR