?525-ci qəzet? yay rejiminə keçib

img

15-07-2009 [01:38]


?525-ci qəzet? səhifələrinin sayını azaldıb. İyulun 15-də bu gündəlik nəşr həmişə olduğu kimi 8 səhifə deyil, 4 səhifə həcmində çıxıb. Qəzetin baş redaktor müavini Yusif Rzayev ?Media forum? saytına deyib ki, əməkdaşların bir hissəsi məzuniyyətə çıxıb və bu səbəbdən həftənin ən azı iki gününü oxucularla 4 səhifədə görüşməyə qərar veriblər: ?Yay aylarında işçilər növbəli şəkildə məzuniyyətə göndərir və bu səbəbdən səhifələrin sayını azaldırıq. Artıq ?525?də belə bir ənənə yaranıb?. 1992-ci ildən işıq üzü görən ?525-ci qəzet? çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri A:2 (8 səhifə), şənbə günləri A:3 formatda (32 səhifə) çıxır.

Digər xəbərlər
SON XƏBƏRLƏR