?Media açarı? mükafatının təqdimetmə mərasimi ?Cresent Beach? hotelində keçiriləcək

img

15-07-2009 [12:39]


?Media açarı? mükafatının təqdimetmə mərasimi iyulun 22-də ?Cresent Beach? hotelində keçiriləcək. Tədbir saat 18.30-da başlayacaq. Mükafatın təsisçilərindən olan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin ?Media forum? saytına verdiyi məlumata görə, müsabiqəyə 10 nominasiya üzrə 70-dən çox yazı təqdim olunub: ?Ən çox yazı araşdırma nominasiyası üzrədir. Bu bizim üçün gözlənilməz oldu. Əvvəlki illərdə daha çox publisistika, reportaj nominasiyalarına üstünlük verilirdi. Təqdim olunan yazıların peşəkarlıq səviyyəsinə gəlincə, bunu yalnız münsiflər heyəti qiymətləndirəcək?. Bu il də təsisçilərin xüsusi mükafatı olacaq. Y.Məmmədli bildirib ki, bununla bağlı bir neçə variant var: ?Xüsusi mükafat il ərzində baş vermiş hadisə, qələmə alınmış yazı, yaxud hansısa media quruluşu ilə bağlı ola bilər. Hələ yekun qərar yoxdur. Tədbirin sponsoru ?Azercell" şirkətinin özünün də xüsusi mükafatı olacaq". Liqa sədrinin sözlərinə görə, hazırda qonaqların siyahısı dəqiqləşdirilir: ?Həftənin sonuna qədər siyahı dəqiq bilinəcək və dəvətnamələr göndəriləcək. Müsabiqəyə yazı təqdim edən jurnalistlər, münsiflər heyətinin üzvləri isə bəri başdan dəvətlidir?. ?Media açarı?nı 1997-ci ildə ?Yeni Nəsil? Jurnalistlər Birliyi təsis edib. Hazırda onun daha iki təsisçisi var - Demokratik Jurnalistlər Liqası və Azərbaycan Jurnalistlər Birliyi. Mükafat hər il iyulun 22-də - Azərbaycan Jurnalistikası Günü verilir. Bu il mükafatlar aşağıdakı 10 nominasiya üzrə verilir: reportaj; jurnalist təhqiqatı; publisistika; foto (illüstrasiya); insan haqları; sosial; mədəniyyət; siyasət; iqtisadiyyat; idman. Dərc olunmuş ən yaxşı materiala görə qalib seçilmiş jurnalist ?Media açarı? prizi, diplom, Təsisçilər Şurasının müəyyən etdiyi məbləğdə pulla mükafatlandırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR