Cənubi Azərbaycanın mətbuat tarixini əks etdirən kitabın təqdimatı keçirildi

img

07-07-2009 [06:27]


Bu gün Mətbuat Şurasında Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin müəllimi Pərvanə Məmmədlinin ?Cənubi Azərbaycan mətbuatı tarixi? adlı kitabının təqdimatı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq, təqdim olunan kitab haqqında fikirlərini bildirib: ?Bu kitabda 19-cu əsrin əvvəllərindən başlamış mətbuatın keçdiyi yol, Cənubi Azərbaycanda mətbuatın formalaşması, mətbuatın cəmiyyətdə rolu, çoxsaylı mətbuat vasitələrinin fəaliyyəti, 1978-79-cu illərdə İran inqilabında mətbuatın rolu, inqilabdan sonrakı dövrü və fəaliyyəti öz əksini yüksək səviyyədə tapmışdır. Müasir dövrümüzədək İranda və ondan kənarda yaşayan azərbaycanlı ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu orqanlardan geniş bəhs olunur. Kitabda Azərbaycan ictimai-siyasi və bədii fikir tarixində əhəmiyyəti olan bir sıra yeni faktlara, sənədlərə rast gəlmək mümkündür?. Ə.Amaşov sonra sözü ?Varlıq? jurnalının baş redaktoru, doktor Cavad Heyətə verdi. C.Heyət də fikirlərini tədbir iştirakçıları ilə bölüşdü: ?Kitab çox sadə formadadır və tarixi əks etdirmişdir. Cənubi Azərbaycan mətbuatının bugünkü durumundan buradakıların çoxunun məlumatı yoxdur. Onun üçün də belə bir kitabın yazılması məncə, böyük bir zərurətdir. Sovet dövründə çıxan kitabların əksəriyyətində isə təkrara yol verilməsinin şahidi olmuşam. Şimali Azərbaycandakı müəlliflər daha çox təfsilatı yazırdılar və hətta təkrara yol verirdilər. Bu kitabda təkrara yol verilməmişdir. Demək olar ki, kitab yığcam, müxtəsər-müfitidir və faydalıdır. Məncə, oxucuların ürəyincə olacaq bu kitabı oxumağa dəyər?. Sonra müəllif Pərvanə Məmmədli çıxış edərək, öz kitabı haqqında söhbət açdı: ?Bu gün mənim üçün çox sevindirici bir gündür. Bu kitabın təqdimatı mənim üçün fəxarətdir. Kitabda Azərbaycan ictimai-siyasi və bədii fikir tarixində əhəmiyyəti olan bir sıra yeni faktlara, sənədlərə rast gəlmək olar. Azərbaycanın hər iki tayında ?Araz? mövzusunda böyük bir ədəbiyyat yaranmışdır. 1978-79-cu illər inqilabi İranda Azərbaycan dilli mədəniyyətin, mətbuatın, ədəbiyyatın inkişafı üçün nisbi zəmin yaratsa da, 1982-ci ildə nəşr olunan ana dilli mətbuat orqanlarının, ?Varlıq? dərgisini adı ilə ayrılmaz surətdə bağlı olmuşdur. Mən inanıram ki, tarixi əks etdirən bu kitab oxucuların ürəyincə olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR