Coko Hacıyevski: "Tam əminliklə deyə bilərəm ki, biz bu gün qələbə qazanacağıq"

img

14-07-2009 [12:50]


"Sloveniyada çox güclü təlim-məşq prosesi keçdik. Bu matçların komandamıza müsbət təsiri oldu. Futbol sürprizlərlə zəngindir.Amma tam əminliklə deyə bilərəm ki, biz bu gün qələbə qazanacağıq". Bu sözləri Qol.Az-ın Panevejisdəki müxbirinə "Bakı"nın baş məşqçisi Coko Hacıyevski bildirib. Hacıyevskinin bildirdiyinə görə, komandası Sloveniyada keçirtdikləri yoxlama görüşlərində oynadıqları oyunun 70%-ni bu gün göstərə bilsə, "Ekranas" üzərində rahatlıqla qələbə qazana biləcək. "Heyətimizdə səviyyəli futbolçular çoxdur. İlk onbirliyi özüm üçün müəyyənləşdirmişəm. Ama sizə açıqlamaq fikrim yoxdur."

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA