Millinin məzqçisi Şükürovun hərəkətini pislədi: ?Mənəvi dəyərlər insanın daxilindən gəlməlidir?

img

10-07-2009 [03:50]


Azərbaycan milli komandasının məşqçisi, veteran futbolçumuz Vaqif Sadıqov Avropa Liqasının ilkin təsnifat mərhələsinin Tofiq Bəhramov adına Respublika stadionunda dünən keçirilən təkrar ?İnter? - ?Spartak? matçının ikinci hissəsində milli komandanın üzvü Mahir Şükürovun növbəti dəfə ?Fair-Play? qaydalarını kobud surətdə pozaraq, rəqib futbolçuya arxadan təpiklə zərbə endirdiyi epizoda münasibət bildirib. Qol.Az-a açıqlamasında Sadıqov belə məsələlərin insanın daxili mənəviyyatı ilə bağlı olduğunu deyib: ?Düzünü desəm, həmin epizodu diqqətdən qaçırdım. Amma istənilən halda, Mahir doğurdan da o hərəkəti edibsə, münasibətim çox pisdir. Bilirsiniz, bu artıq insanın daxilindən gələn bir şeydir. Yəni, insani, mənəvi dəyərlər gərək hər kəsin daxilindən gəlməlidir. Fərqi yoxdur, futbolçu millinin şərəfini qoruyur, ya yox. Bu tip hərəkətlər həmişə pislənməlidir. Hər bir futbolçu ilk növbədə ?Fair-Play? qaydalarına əməl etməlidir. Mən çox, çox təəssüf edirəm ki, dünənki hərəkəti azərbaycanlı futbolçu etdi?. Qeyd edək ki, matçın ikinci hissəsinin ortalarında rəqib futbolçu Martin Hruska Mahir Şükürova qarşı qayda pozuntusuna yol versə də, dərhal ona yaxınlaşaraq əl uzatmış və etdiyi hərəkətə görə üzr istəmişdi. Şükürov isə öncə kobudluqla Hruskanın əlini rədd edib, ardınca isə üzünü çevirib geri qayıdan slovak futbolçunun ayağına arxadan təpik vuraraq onu yerə yıxıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA