Regionlarda ictimai gənclər strukturlarının yaradılması və gənclər mübadiləsi stimullazdırılır

img

13-07-2009 [03:00]


Bu ilin aprel ayından Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə ?Regionlarda ictimai gənclər strukturlarının yaradılması və gənclər mübadiləsinin stimullaşdırılması? adlı layihənin icrasına başlanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, əsas məqsədi qeyri-formal təhsil metodlarından istifadə etməklə gənclər arasında mübadilə işini təşkil etmək və yeni gənclər strukturlarının yaranmasını stimullaşdırmaqla gənclərin informasiya təminatı və məlumat şəbəkəsinin yaradılması olan bu layihə ölkəmizin əksər regionlarının gənclərini əhatə edib. Belə ki, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, İsmayıllı, Şamaxı, Qəbələ, Zaqatala, Qax, Oğuz, Samux, Masallı, Astara, Yardımlı, Cəlilabad, Biləsuvar, Qazax, Tovuz, Yevlax rayonlarından, eləcə də, Mingəçevir, Sumqayıt, Lənkəran, Gəncə və Bakı şəhərlərindən olan 200 gənc layihə çərçivəsində təşkil edilmiş təlimlərin, 500-dən çox gənc isə layihənin digər fəaliyyətlərinin iştirakçısı olub. Layihə çərçivəsində gənclər üçün məsləhət və məlumat xidməti təşkil olunmuş, onların layihənin məqsədlərinə uyğun müraciətlərinə baxılıb. Başa çatmaqda olan layihənin nəticəsi olaraq onlarla benefisiant gənc öz regionlarında müxtəlif maraq klublarının və gənclər təşkilatlarının yaradılmasında, yerli tədbirlərin keçirilməsində, beynəlxalq və yerli gənclər mübadilələri proqramlarında yaxından iştirak etməyə başlayıb. Gənclərin bilavasitə vətəndaş cəmiyyətinin inkişafı prosesində aktiv rolunun təşviq edilməsindən ibarət olan bu layihənin növbəti aylarda ölkəmizin digər regionlarında da davam etdirilməsi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR