?Şərq? qəzetinin baz redaktoru Akif Azırlının yeni kitabı çap olunur

img

13-07-2009 [03:04]


?Şərq? qəzetinin baş redaktoru Akif Aşırlının ?Azərbaycan mətbuatı tarixi (1875-1920)? kitabı çap olunur. Kitabda milli mətbuat tarixinin mənbəşunaslığı, milli mətbuata hazırlıq dövrü, ?Əkinçi? ilə başlanan yol, ?Ziya?, ?Kəşkül?, ?Şərqi rus?, ?Həyat?, ?İrşad?, ?Füyuzat? kimi qəzet və dərgilər mövcud elmi tədqiqat materialları, monoqrafiyalar və arxiv sənədləri, memuar ədəbiyyatlarından istifadə edilərək yenidən işlənib. 295 səhifə həcmində olan kitabda ?Mola Nəsrəddin? jurnalistika məktəbi ilə yanaşı Birinci Dünya müharibəsi ərəfəsində və illərində mətbuat, Haşım bəy Vəzirovun yaratdığı mətbu nümunələri ilə bağlı yazılar əksini tapır, bu nəşrlərin ideya-siyasi istiqamətləri müəyyənləşdirilir. Kitabın bir bölümü Azərbaycan Xalq Cümhuriyyəti dönəmi mətbuatına həsr edilib. ?Azərbaycan mətbuatı tarixi (1875-1920)? Milli Jurnalistika Günü ərəfəsində təqdim olunacaq. ?Media forum?

Digər xəbərlər
SON XƏBƏRLƏR