?Qızılbaz? Gəncləri Maarifləndirmə ictimai Birliyi Gəncə gənclər sərgisində iztirak edib

img

09-07-2009 [04:59]


?Qızılbaş? Gəncləri Maarifləndirmə İctimai Birliyi Gəncə şəhərində keçirilən Respublika Gənclər Təşkilatlarının III sərgisində iştirak edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, sərgiyə ?Qarabağ Azərbaycanın tarixi keçmişi və gələcəyidir, Azərbaycan gənci onu unutma? şüarı ilə qatılan İctimai Birlik tədbirdə öz materiallarını, fəaliyyətini işıqlandıran nəşrləri Gəncə əhalisinə nümayiş etdirib. Təşkilat rəhbərliyi sərgi ziyarətçilərinə qurumun fəaliyyəti, gənclər sahəsində həyata keçirdiyi tədbirlər, layihələr barədə ətraflı məlumatlar verib, onlara təbliğat materialları paylayıb. Sərgidə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev də iştirak edib. İ. Babayev ?Qızılbaş? GMİB-nin stendinə baxış keçirib, nümayiş etdirilən materiallarla tanış olub. Təşkilatın sədri Elnur Məmmədli nazir müavininə birliyin yaranması ilə bağlı məlumat verib. O, Qızılbaş GMİB-nin 2005-ci ildə bir qrup gənc tərəfindən təsis edildiyini, elə həmin il də dövlət qeydiyyatına alındığını deyib. E. Məmmədli təşkilatın əsas vəzifəsinin gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, onları Azərbaycan tarixinə maraqlarının artırılması olduğunu qeyd edib. Həmçinin, gənclərin bir sıra problemlərinin ? xüsusilə işsizlik, təhsil, məşğuliyyət problemlərinin həlli ilə bağlı araşdırmalar apardığını, bu istiqamətdə layihələrin həyata keçirildiyini vurğulayıb. İ. Babayev təşkilatın hazırladığı kitabçalarla da tanış olub. Sərgi çərçivəsində ?Qızılbaş? GMİB ölkənin bir sıra gənclər təşkilatları ilə əlaqələr qurub, əməkdaşlıqla bağlı ilkin müzakirələr həyata keçirilib, həmçinin regaondakı gənclərlə də fikir mübadilələri olub. Qeyd edək ki, sərgidə ölkədə fəaliyyət göstərən 60-dan çox gənclər təşkilatı iştirak edib. Qıfzılbaş GMİB isə hazırda Gənclər və İdman Nazirliyinin maliyyələşdirdiyi ?Nədən başlamalı? Məcburi köçkün gənclər üçün peşə və iş seçimi üzrə intensiv təlimlər? və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?Gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunun yüksəldilməsi təlimi? layihələrini həyata keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR