BAMF layihələrin monitorinqi ilə bağlı təlimlər bazlayıb

img

29-06-2009 [05:53]


Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) ?Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin monitorinqi? layihəsi çərçivəsində təlimlər başlayıb. İki gün davam edəcək təlimlərdə layihəni həyata keçirən BAMF-ın və Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin işçi heyətləri iştirak ediblər. Təlimləri tanınmış ekspert, BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kəbir aparır. İlk təlimdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov və şuranın baş məsləhətçisi Vüsal Quliyev də iştirak ediblər. F.Qurbanov aparılacaq monitorinqin mahiyyətindən, istiqamətindən danışaraq təlim iştirakçılarına zəruri tövsiyələrini verib. Təlimlərə qatılan BAMF sədri Umud Rəhimoğlu və Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Aydın Kərimov Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin monitorinqinin aparılmasının prisipial əhəmiyyətindən və vətəndaş cəmiyyətinin inkişafında böyük rol oynayacağından danışıblar. Qeyd edək ki, bir neçə gün öncə isə bununla bağlı hər iki təşkilat birlikdə müxtəlif müzakirələr keçirib. Müzakirələrdə hər iki təşkilat tərəfindən iyun ayının 1-dən həyata keçirilən layihələr çərçivəsində görülən işlərə yekun vurulub, növbəti mərhələdə qarşıda duran vəzifələr müəyyənləşdirilib, monitorinq aparılmasının prosedur qaydaları formalaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR