Novruz Qartal: ?Hacıbaba Bağırov mənə dedi ki, ölsən də belə gedəcək?

img

07-07-2009 [02:45]


Hamı onu gözəl, səmimi insan, etibarlı dost, yaxşı sənətkar kimi tanıyır. Onu həm sənət yoldaşları, həm mətbuat nümayəndələri sevir. Amma buna rəğmən Novruz Qartal yenə narazıdır. Mətbuatdan, sənət yoldaşlarından, tamaşaçılardan deyil, illərdir haqq etdiyi fəxri adı ala bilməməsindən. Müstəqil İnformasiya Agentliyinə verdiyi müsahibəsində də həm sənətindəki yeniliklərdən, həm də fəxri ad ala bilməməsinin səbəblərindən danışır: - Teatr mövsümünü bağlamağa hazırlaşırıq. Bu ayın 12-də Üzeyir Hacıbəyovun ?O olmasın, bu olsun? tamaşası ilə Dövlət Musiqili Komediya Teatrı 99-cu teatr sezonunu bağlayır. İnşallah, gələn mövsümümüz teatrımızın 100-cü illiyinə təsadüf edəcək. Bu il ərzində biz iki tamaşa təhvil verdik. Birincisi, Maarif Məmmədovun ?Matəm marşı? adlı məzhəkə komediyasıdır ki, bəzən bu tamaşa ?Gözünüz aydın? adı ilə də tanınır. Tamaşada ailə-məişət məsələlərindən bəhs olunur. Bu tamaşada xalq artistləri Arif Quliyev, İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Naibə Allahverdiyeva, Xanım Qafarova, aktyorlardan mən, Elçin Həmidov, Çingiz Əhmədov oynayır. İkinci tamaşamız Sərdar Fərəcovun musiqisi və türk yazıçısı Əziz Nesinin ?Şəhərdə manyak var? əsəri əsasında, Oruc Qurbanovun quruluşunda hazırlanmış eyniadlı tamaşa oldu. Əsərdə baş rollarda Afaq Bəşirqızı, Valeh Kərimov, Emma Məlikova oynayırdı. Bu iki tamaşa təhvil verildi. İndi Üzeyir bəyin ?Arşın mal alan? operettası üzərində qızğın işlər gedir. İnşallah, həmin tamaşa da bu yaxınlarda teatrımızın həm rus, həm Azərbaycan bölməsində təhvil veriləcək. [b]- Bu teatr mövsüm Sizin üçün nə ilə yadda qaldı?[/b] - Vallah məndə elə bir bəxt var ki, bu il heç nə ilə yadda qalmadı. Fəxri adlar da verildi, amma mənə verilmədi, təqaüd də mənə verilmədi, mükafat da mənə verilmədi. Baxmayaraq ki, qırx ildən çoxdur bu teatrda işləyirəm, gəncliyim burada keçib, saç ağartmışam, amma nədənsə yaddan çıxıram. Ona görə də Allah canımı sağ eləsin. Neyləyim, neyləyə bilərəm? [b]- Bəzən deyirlər ki, fəxri adlar şəxsi münasibətlərə görə verilir. Bəlkə rəhbərliklə münasibətinizdə problem var?[/b] - Vallah münasibətim yaxşıdır. Hər dəfə adım teatrdan nazirliyə gedən siyahıda olur. Nədənsə ?Dardanel bağazı?nda ilişirəm və o tərəfə keçə bilmirəm. Mənim heç bir düşmənim yoxdur, heç kimə pislik etməmişəm. Həmişə deyən, gülən, yeyən-içən, xeyirxah adam olmuşam. Gənclərpdən tutmuş yaşlı insanlara kimi hamı mənə əmi, dayı deyir. Bəlkə də mən pis adamam, heç xəbərim yoxdur. [b]- Hər sənətkarın bir vizit kartı olur. Bəlkə Sizdə vizit kartı olan obraz yoxdur?[/b] - Nə bilim. İnanın ki, indi Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytını açıb baxsanız görərsiniz ki, mən əməkdar artist kimi təqdim olunuram. Axır mən, o dəfə teatrda iclas olanda nazirliyin nümayəndəsi Vəfa xanıma dedim ki, mənə zəng edirlər və əməkdar artist kimi təqdim olunduğumu deyirlər. Deyirəm bəlkə elə ona görədir ki, mənə fəxri ad vermirlər, onu oradan çıxarın. Əgər fəxri adım yoxdursa, orada elə təqdim olunduğuna görə niyə xəcalət çəkməliyəm? [b]- ?Qartal? təxəllüsünün tarixçəsi ilə bağlı məlumat verərdiniz.[/b] - Soyadım Əliyevdir. Biz 1970-ci ildə rəhmətlik Hacıbaba Bağırovla Rüfət Əhmədzadənin ?92 dəqiqə gülüş? tamaşası ilə Tiflisə qastrola getmişdik. Tamaşadan sonra qonaqlıq oldu. Orada mənə dedilər ki, vaxt var idi tamaşalarda oynayırdın, sonra yoxa çıxdın. Dedim ki, gözümü müalicə etdirirdim. Dedilər ki, amma yenə qartal kimi hər şeyə dözdün və səhnəyə qayıtdın. Sonra Bakıya qayıtdıq və Tənqid-Təbliğ Teatrını yaratdıq. Orada işləyəndə mənim müxtəlif bölgələrdə on günlük, iyirmi günlük solo qastrollarım olurdu. Bir gün Zaqatalaya qastrola hazırlaşırıq. Teatra girdim və gördüm ki, belə bir afişa vurulub: ?Novruz Qartalın işrikakı ilə ?Gülüş səninləsə yüz il yaşarsan? tamaşası. Əvvəlcə çaşdım və fikirləşdim ki, görəsən bu kimdir, təzə aktyorlardanır, yoxsa Türkiyədən gəlib? Gəlib direktor müavini Elxan Ocaqova dedim ki, mənim adım afişada niyə yoxdur? Elxan güldü və dedi ki, bu sənsən, Gürcüstanda sənə ?Qartal? demədilər? Sonra rəhmətlik Hacıbaba ilə danışdım, narazılığımı bildirdim. Rəhmətlik dedi ki, öləsən də belə gedəcək. Elə o gündən bu ləqəb məndə qaldı. [b]- Blidiyimə görə heç təqaüd də almırsınız? Bəs necə dolanırsınız?[/b] - Teatrdan 223 manat məvacib alıram. Mən Allahın ümidinə qalmışam. Kirayədə yaşayıram. Bir-iki dostlarım mənə 50-100 manat ev kirayəsinə kömək edirlər. İndi övladımın biri Moskvadadır, qızım ailə həyatı qurdu. Balaca oğlum da işləmir. Evdə yalnız işləyən mənəm. [b]- Fəxri ad alan gənc həmkarlarınız Sizi görəndə çəkinirməlrmi?[/b] - İnanın ki, fəxri ad alan gənc həmkarlarım məndən çəkinirlər, xəcalət çəkirlər. Mən isə təbii baxıram. Dedim indi sizin naxışınız gətirir, mənimki gətirmir. [b]- Bəlkə nə vaxtsa siyasi fəaliyyətiniz olub?[/b] - Yox, yox. Mənim siyasətlə nə işim var. Hamı bilir ki, mən elə lap əvvəldən Heydər Əliyevçi olmuşam. İndi də Yeni Azərbaycan Partiyasının üzvüyəm. Müharibə dövründə cəbhədə, hospitallarda, odun-alovun içində konsertlərim olub. Hətta bir dəfə Nəcməddin Sadıqovla iki sutka döyüş mövqeyində qalmışam. Mən deyirdi ki, qayıt dala, güllə dəyər sənə. Deyirdim ki, qoy dəysin, bir artist də şəhid olsun. [b]- Bu dəfə fəxri ad alacağınıza inanırsınızmı?[/b] - Hər an ümid eləyirəm. Məni küçədə görən tamaşaçılar, başqa ölkələrdən zəng edən insanlar soruşurlar ki, yenə sizə ad vermədilər. Deyirəm ki, hələ yaşım çatmır, yəqin yetmiş yaşımda alaram. [b]İntiqam VALEHOĞLU[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA