?Yeni ulduz? Sevda Yəhyayeva yeni klipini təqdim etdi

img

23-06-2009 [07:24]


?Yeni ulduz? müsabiqəsinin önə çıxan iştirakçılarından olan Sevda Yəhyayeva ?Sənsiz? adlı mahnısına çəkdirdiyi yeni klipini jurnalistlərə təqdim etdi. Xatırladaq ki, ?Sənsiz?i də Sevdanın bundan öncə klip çəkdirdiyi ?O zaman? mahnısının müəllifləri ? gənc şairə Leyli və həvəskar bəstəkar Pərviz Mahmudov yazıblar. Yeni klipi ekranlaşdıran rejissor Fuad Əlişovun işi isə o qədər də maraqla qarşılanmadı. Sadə süjetə malik klipdə diqqət çəkən məqamlardan biri də Sevdanın qızıl mikrafonu və yatarkən ətrafına tökülmüş ayaqqabılar oldu. Rejissor bu ayaqqabılarla Nabokovun ?Lolita? əsərinə işarə edərək Sevdanın sevgilisinin daha yaşlı olduğunu göstərmək istədiyini bildirdi. Sevda isə dünya şöhrətli Rihanna kimi qızıl mikrafona sahib olmaq arzusunda olduğunu bildirdi. ?Sənsiz? lirik mahnı olduğundan Sevda yay mövsümü ilə əlaqədar yaxın günlərdə dinləyicilərin ixtiyarına ritmik mahnılar təqdim etməyi də planlaşdırdığını dedi. Gənc bəstəkar Pərviz Mahmudov isə ?O zaman? mahnısının türkmən müğənnisi tərəfindən icazəsiz oxunduğunu vıə ümumiyyətlə onun mahnıldarına Türkiyədən də maraq göstərildiyini bildirdi. Sevdanı təbrik etməyə ?Yeni ulduz? həmkarları ? Xalid, İlhamə Qasımova, Rəcəb Musayev, o cümlədən duet tərəfdaşı Zamiq Hüseynov, Nadir Qafarzadə, Lalə Məmmədova və başqaları gəlmişdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA