?Toylar kralı? Teymur Mustafayevi yollarda qoyub

img

06-07-2009 [05:10]


Xalq artisti Teymur Mustafayev bu yay normal istirahət edə bilməyəcək. Buna səbəb ?Toylar kralı-2? layihəsidir. Xalq artistinin həyat yoldaşı Təbərrək Mustafayeva Müstəqil İnformasiya Agentliyinə deyib ki, hər il Teymur yay gələn kimi doğulduğu Cəlilabad rayonuna, anasının yanına yollanardı. ?Elə bir il olmayıb ki, o, istihət üçün başqa məkan seçsin. Anasının yanı onun üçün Amerkadan da gözəldir. İndi isə ?Toylar kralı? layihəsi yayınlanır. O da həmin layihədə münsüf üzvüdür. Odur ki, həftənin bütün gününü Cəlilabadda, bir gününü isə Bakıda keçirəsi olur?,- deyən Təbərrik xanım xanəndə ilə gözəl planlar qurduğunu da bildirib. Amma onu da deyib ki, bu arzular elə xəyal olaraq qalacaq. Çünki ailələrində baş verən faciə bu arzuların üstündən xətt çəkib: ?Gözəl planlar vardı. Amma onu reallaşdırmaq qismətimiz olmadı. Oğlumun ölümü bütün ailəni sarsıtdı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA