Tağı Əhmədov: ?Fərda Qədirov metronu partlatmaq istəyirmiz?

img

03-07-2009 [01:58]


Neft Akademiyasında terror aktı törətmiş Fərda Qədirov bunu metroda törətmək istəyirmiş. Lakin sonradan fikrini dəyişib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə məlumatı jurnalistlərə verdiyi açıqlamada Bakı Metropoliteninin rəisi Tağı Əhmədov verib. Onun sözlərinə görə, terrorçu Bakıda olduğu müddətdə son iki gün istisna olmaqla bir neçə dəfə metrodan istifadə edib. Biz bunu kamera arxivlərinin hesabına müəyyən etdik. Çünki bizdə kameraların görüntüləri uzun müddətə arxivləşdirilir. Onun cibindən çıxan çip-kartın vasitəsilə onun hansı stansiyadan neçə dəfə, hansı vaxtda istifadə etdiyi müəyyənləşdi. Metropoliten rəisi onu da bildirib ki, təhlükəsizliyin təmin olunması baxımından vaqonlarda da veb kameralar quraşdırılması nəzərdə tutulur və artıq bununla bağlı danışıqlar başlayıb. Sadəcə olaraq, indiki halda gediş haqları aşağı olduğundan bunu daxili imkanlar hesabına həyata keçirmək mümkün deyil: ?Çox güman ki, gələn ilin dövdlət büdcəsindən metropollitenə ayrılan vəsaitdə bu da nəzərə alınacaq. Qeyd edim ki, bizm metropolitendə kameralar 1999-cu ildə quraşdırılanda, hələ Moskvada bu sistem qurulmamışdı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR