Azərbaycanlı güləzçi-Orxan Əhmədov rusiyalı həmkarını məğlub edərək qızıl medalı alıb

img

03-07-2009 [11:00]


Gürcüstanın paytaxtı Tiflis şəhərində güləş üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Yarışın üçünçü günündə güləşin yunan-roma növündə ağırlığı 55 kq olan Orxan Əhmədov Avropa çempionu adını qazanıb. Orxanın həlledici görüşdə rəqibi rus Muradiz Aratşanov olub. Gənc pəhləvanımız rusiyalı həmkarını 3:2 hesabı ilə məğlub edərək qızıl medalı boynundan asmağa nail olub. Təəssüf ki, 84 kq çəki dərəcəsində finala adlamış digər həmyerlimiz Murtuza Tağıyev Orxanın uğurunu təkrarlaya bilməyib. Murtuza finalda alman Rasiz Azizsirə məğlub olaraq gümüş medalla kifayətlənməli olub. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA