Ağasəlim Mircavadov: "Berti Foqts günahkardır"

img

30-06-2009 [06:35]


Bir neçə gün öncə Ağasəlim Mircavadovun İqor Ponomaryovu əvəzləyərək, "Xəzər-Lənkəran"ın baş məşqçisi postuna gətirilməsi ölkənin futbol ictimaiyyətinin də böyük marağına səbəb oldu. Belə ki, komandanın yarandığı ilk illərdə qızıl medalları lənkəranlılara hədiyyə edən mütəxəssisi cənublu azarkeşlər də gözləyirdilər. Bəs, bu dəvət onun özü üçün gözlənilən idimi? Bu və digər suallara Ağasəlim müəllim Müstəqil İnformasiya Agentliyi vasitəsilə paydınlıq gətirir. [b]- Ağasəlim müəllim, dəvət gözlənidən idimi? [/b] - Danışıqlar lap yaxınlarda başladı və tez də həll olundu. Düzdür, amma mən maraqlanmırdım. [b]- Klubdan incik düşməmişdiniz?[/b] - Yox. Mən elə insan deyiləm ki, kimdənsə inciyəm. Peşəkar məşqçi məlum məsələdir ki, nə isə alınmırsa, komandadan getməlidir. [b]- Hamı Georgi Adamiyanın Azərbaycana Sizin tərəfinizdən 2005-ci ildə gətirildiyini bilir. Siz "Xəzər-Lənkəran"a keçən kimi onun da Cənub klubunun transferi gündəmə gəldi və son anda baş tutmadı. Bu nə ilə bağlı idi?[/b] - Yox. Adamiyanın Lənkərana gətirilməsi mənim istəyim deyildi. Oyunçuya harada xoşdursa, Allah xeyir versin. Mən onun hara və niyə getdiyini bilmirəm. [b]- Heyətdə hansı dəyişikliklərin edilməsini planlaşdırırsınız? [/b] - Dəyişikliklər olacaq. Yenə də oyunçuların gətirilməsi nəzərdə tutulur. Bunun üçün iş gedir. [b]- Təxminən neçə oyunçu olacaq?[/b] - Həm yerli, həm də xarici oyunçular gətirməyi planlaşdırırıq. Çünki indi bizdə kadr azdır. Kluba heç olmasa, 7-8 oyunçu lazımdır. Çünki heyətdən xeyli sayda oyunçular kənarlaşdırılıb. [b]- Emin Quliyevin yenidən komandaya qaytarılması mümkündürmü?[/b] - Burada mənlik heç nə yoxdur. Onun problemi rəhbərliklədir. Ümumiyyətlə, nə baş verdiyindən xəbərim yoxdur. Hələ ilk məşqimizi bu gün keçirmişik. Yaxın günlərdə rəhbərliklə görüşüm olacaq və hər şeyə aydınlıq gətirəcəyik. [b]- Qoyub getdiyiniz heyətlə indikinin arasında çoxmu fərq var?[/b] - Fərq deyəndə ki, oyunçu çatışmamazlığı yaranıb. Birdə ki, oyunçularda ruh yüksəkliyinin qaldırılmasına ehtiyac var. Onları oyuna, qələbəyə kökləməliyik. [b]- Sizin vaxtınızda komandada oynayan oyunçular qayıdışınızı necə qarşıladılar? [/b] - Normal. Hamı ilə eyni səviyyədə gbrüşdük. Bugünkü məşqimizə çox oyunçular gəlmişdi. Bəziləri isə gələ gəlməyiblər, yoldadırlar. [b]- Məşqləriniz harada keçirilir? [/b] - Ədliyyə stadionunda məşqə başlamışıq. Həm də Türkiyənin Bolu bölgəsinə gedirik və təlim-məşqlərimizi orada davam etdirəcəyik. İyul ayının 16-na kimi Boluda olacağıq. Biz Türkiyədə təlim-məşqdə olanda xeyli oyunçular baxışa çağırılacaq. Bəziləri ilə danışmışıq, bəziləri ilə hələ də işlər gedir. [b]- Türkiyə super-liqasından oyunçular olacaq? [/b] - Yox. Türkiyədən oyunçu dəvət etməmişik. Əsasən Argentina, Braziliya, Ukraynadan olan oyunçulardır. Oyunçuların videoyazılarına baxmışıq. Amma bir var ki, onun lentinə baxasan, bir də var ki, canlı işləyəsən. [b]- Aralarında tanınmışlar varmı?[/b] - Mən çox tanınmış futbolçulara bel bağlamıram. Əsasən 25-27 yaşlı oyunçulara üstünlük verirəm. Yaşı 30-u keçmiş oyunçular ağır olur, bir il oynayıb gedirlər. Dünyada müqavilələr ən azı 3-5 illik bağlanır. Tanımadığın yaşlı oyunçularla da uzunmüddətli müqavilə bağlamaq çətindir. Ola bilsin ki, alınmasın. [b]- Sevimli oyunçunuz olan və Sizinlə "Şəmkir", "Neftçi", "Kəpəz" kimi klublarda çempion olmuş Mahmud Qurbanov yenidən Lənkərana qayıda bilərmi?[/b] - Azərbaycanın hamısı mənim sevimli oyunçularımdır. Mahmud "Bakı"da çempion olub. Onun öz fikirləri var. O elə oyunçu deyil ki, bir il burada, altı ay oarada oynasın. Bu haqda düşünməmişəm. [b] - O, hazırda Sizin kluba xeyir verə bilərmi?[/b] - Söhbət komanda düzəltməkdən gedir. İndi biz məşqçilərlə birgə komanda düzəldirik. Yaratdığımız komanda 4 il stabil oynamalıdır və sonrakı ardıcıllığı yerli oyunçularda görürük. İndi heyətimizdə gənc oyunçularımız da var. Hazırda 17 yaşlılardan ibarət yığma komandamızın iki üzvünə - Kazım Kazımlı və bir qapıçıya baxırıq. Onlar Moldova turnirində ikinci yeri tutublar. Onlarla söhbət eləmişəm. Özülünü qoyuruq ki, həmin uşaqlar bilsinlər ki, onların gələcəyi necədir. [b]- Qapıçı mövqeyində də probleminiz var idi. Həll olundumu? [/b] - Yeni qapıçı gətirmişik. Bu "Olimpik" klubunun əvəzedicilərdən ibarət komandasının qolkiperi Zabit Səfərovdur. Cavan və perspektivli qapıçıdır. Lazımi fiziki göstəriciləri də var. [b]- Bəs komandanın əsas qapıçısı kim olacaq?[/b] - Bizdə heç kim daimi əsas oyunçu deyil. Kim hazırdır, o da oynayacaq. Nə o, nə də digər oyunçular hələ tam hazır deyil. 45 gün hazırlıq gedəcək və kim özünü daha yaxşı göstərsə, üstünlük veriləcək. [b]- Yığmanın son oyunlarını necə qiymətləndirirsiniz?[/b] - Bir şeyi deyə bilərəm ki, yığma komandaya AFFA prezidenti Rövnəq Abdullayev tərəfdən çox gözəl şərait yaradılıb. Mən də yığmada işləmişəm və həmin dövrlər aclıq olub. Amma indi hər şey var. Geyim, təlim-məşq və s. İndi hansı ölkədə neçə gün məşq keçmək istəyirsənsə, şərait var. [b]- Bəs nə üçün nəticə yoxdur? [/b] - Nəticəni federasiya yox, məşqçi verməlidir. Berti Foqtsun günahı ondadır ki, nəticə verə bilmir. Nəticə vermək o demək deyil ki, gərək sən təsnifat mərhələsini keçəsən. Bu hələ tezdir. Amma heç olmasa stabil heyət, oyun üslubu olmalıdır. Bunun üçün isə oyunçular lazımdır. Hər bir məşqçinin futbola öz baxışı var. Bilirsiniz ki, Azərbaycanda yaxşı futbolçu qıtlığı var. Ona görə də yaşından asılı olmayaraq, hər bir keyfiyyətli oyunçudan istifadə etmək lazımdır. [b]- Vaqif Sadıxovun milliyə dəvət olunması yığma komandaya nə verəcək? [/b] - Mən onu təbrik elədim. Elə başa düşürəm ki, onun köməyi ola bilər. Foqtsdan da böyük şey asılıdır ki, öz həmkarı ilə çalışsın, bir-birlərinə etibar eləsinlər. Əsas məsələ budur. Çox şeyi baş məşqçi həll etdiyindən, bu haqda da düşünmək lazımdır. [b]- Bir müddət öncə futbol meneceri Yunis Məmmədovla aranızda qalmaqal yaranmışdı...[/b] - Bilirsiniz, mən başa düşə bilmirəm, o kimdir ki, ondan da müsahibə alırlar. Əgər menecerdirsə, onun kağızı olmalıdır. Mən onu bu axmaq hərəkətlərinə görə, məhkəməyə verməyi adıma, yaşıma sığışdırmaram. [b]- Oyunçuların alqısından pul götürməyinizlə bağlı səsləndinrdiyi fikirlər doğrudurmu? [/b] - Oyunçular ölməyiblər, mən heç kimdən qorxmuram, üzlərinə dik baxıram və baxacağam da. Mən SSRİ dövründə oyunçulara maşın, ev verirdim. Ancaq bir xahişim var idi ki, yaxşı məşq edib, yaxşı futbol oynasınlar. İndi də həmin sistemi tuturam. Heç indi də menecerlə işləmirəm və maraqlanmıram da. "Neftçi"də Ramin Musayev, "Xəzər-Lənkəran"da isə Mais Mənsimovla işləmişəm və onlar da sizə dediklərimin doğru olub-olmadığını deyə bilərlər. Sözün açığı, bu iddianın nədən qayqanlandığını deyə bilmirəm. [b]- Bu özünüreklam ola bilərmi?[/b] - O kimdir ki, özünü də reklam eləsin. [b]- Oğlu Saşa Yunisoğlu haqqında fikirləriniz necədir? [/b] - İstəyirəm ki, yığma komandada, klubunda yaxşı oyun göstərsin. Bir azərbaycanlı balası kimi Saşaya böyük hörmətlə yanaşıram. Oyunçu kimi yaxşıdır. [b]- Yeni mövsümdə iki ildir qalibiyətə həsrət qalmış lənkəranlılara hansı vədi verirsiniz? [/b] - Vədim yaxşı futboldur. Biz həmişə azarkeşlərlə bir olmuşuq. İnşalallah, həmin qələbə ruhunu yenidən qaytaracağıq. Mən onlara öz minnətdarlığımı bildirirəm və obyektiv azarkeşlik etmələrini istəyirəm. [b]- Bu il qızıl medalları qazana biləcəksinizmi?[/b] - Hətta Lobanovski kimi dahi məşqçilər də heç vaxt deməyib ki, mən çempion olacağam. Çalışacağam ki, komandanı çempion edim. Hələ ən əsası kollektivi yenidən formalaşdırmaqdır. Yaradacağımız kollektiv də çempionluq uğrunda mübarizə aparacaq. [b]İntiqam VALEHOĞLU[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA