Əvəz Zeynallı Sevgilər günü ilə bağlı tədbirdən razı qalıb

img

01-07-2009 [04:25]


?Sevgililər günü ilə bağlı gəzintimiz və tədbirimiz istədiyimiz kimi oldu. Hesab edirəm ki, artıq 30 İyun Azərbaycanda Sevgililər Günün kimi qəbul olunmağa başlayıb?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Sevgililər günü ilə bağlı tədbirin təşkilatçısı, ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı deyib. Onun sözlərinə görə, bayram tədbirinə siravi oxucuların da qatılması xüsusi qeyd olunmalıdır: ?Bu günün bayram kimi qəbulunda heç bir şübhəyə yer qalmadı. Öz hesabımıza keçirdiyimiz bu tədbir demək olar ki, iştirakçıların ürəyincə oldu. Maddi dəstəyə gəldikdə, prezident İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya və başqa səlahiyyətli şəxslərə müraciət etmişdik. Çox təəssüflər olsun ki, heç bir maddi kömək görmədik. Öz imkanlarımız və ?Şur? musiqi məkanının dəstəyi hesabına 30 iyunu Sevgililər günü kimi qeyd etdik?. Ə.Zeynallı onu da bildirib ki, tədbirə dəvətli olanlar arasında millət vəkili Gülər Əhmədova, Dünya Azərbaycanlıları Konqresinin Bakı nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev, tanınmış müğənillər- Nuriyyə Hüseynova, Şəmistan Əlizamanlı, gənc müğənillərdən Ramal, Lalə Məmmədova, Şəhid ailələrindən olan validyenlər, Qarabağ qazilərindən, ictimai təşkilatlarından və siyasi partiyaların nümayəndələri, bir sözlə, Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən olan şəxslər tədbirdə iştirak etdilər. Tədbirdə iştirak edən İlham və Fərizənin validyenlərini xüsusi qeyd etmək istəyirəm. Onu da demək istəyirəm ki, dünən Gəncə şəhər rəhbərliyi tərəfindən də Gəncə parkında Sevgililər günü münasibətilə konsert keçirilib. Bir sözlə, keçirdiyimiz tədbir hamının ürəyincə olub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR