AMiP-in internet qəzeti fəaliyyətə bazlayıb

img

24-06-2009 [06:03]


Bu gün ?Millət? qəzetinin internet versiyasının təqdimat mərasimi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, mərasimi açan baş redaktor Əli Orucov bildirib ki, ?Millət? qəzeti Azərbaycanda demokratik və azad mətbuatın inkişafında müəyyən rolu olub: ?Bu qəzet azad və müstəqil düşüncəli insanların tribunasına çevrilmişdir. Müəyyən problemlər ucbatından ?Millət? nəşrini 2004-cü ildən dayandırmağa məcbur olsa da, onun nəşrini bərpa etmək üçün çabalar göstərdik. Bu gün internet resurslarının informasiya şəbəkəsində önəmini nəzərə alaraq qəzetin internet versiyasında oxucuların ixtiyarına vermək qərarına gəldik. Bundan sonra hər kəs qəzeti ?millet.az? saytından oxumaq imkanı qazanacaq?. ?Millət?-in bir media məktəbi olduğunu dilə gətirən baş redaktor vurğuladı ki, KİV-lərin bollluğu dönəmdə çalışacağıq əvvəlki ənənələri davam etdirək və cəmiyyətə operativ, obyektiv və dolğun informasiya ilə təmin edilməsində öz töhfəmizi verək. Düşünürəm ki, təcrübəli jurnalistlərdən ibarət yeni kollektivimiz bu ağır, həm də şərəfli məsuliyyətin öhtəsindən bacarıqla gələcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR