Müğənni Nadir Qafarzadə iki cangüdənlə gəzir

img

01-07-2009 [03:16]


PİA-nın məlumatına görə, müğənni Nadir Qafarzadə toyda döyülüb. Sənətçinin döyülməsinə səbəb kimi toya dəvət olunan qonaqlardan birinin verdiyi musiqi sifarişinin gec yerinə yetilməsi göstərilir. Məsələyə Müstəqil İnformasiya Agentliyi vasitəsi ilə aydınlıq gətirən müğənninin prodüsseri Musa Rəhimov isə bu məlumatın N.Qafarzadənin düşmənlərindən qaynaqlandığını bildirib: ?Bunlar şaiydən başqa bir şey deyil. Hamısı Nadirin düşmənlərinin işidir. Qəsdən belə edirlər ki, onun toy biznesinə kölgə salsınlar. Amma bu, mümkün olmayacaq?. M.Rəhimov həm də deyib ki, N.Qafarzadəni döymək çətin məsələdir. Çünki müğənninin iki cangüdəni var və getdiyi məclislərdə cangüdənləri də yanında olur. ?Onların yanında müğənniyə yaxınlaşmaq isə həmin şəxslərin özlərinin döyülməsi demək olardı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA