ülvi Qılıncın video görüntülərinin yayıldığı bildirilir

img

23-06-2009 [06:50]


Opera müğənnisi Ülvi Qılınccın başı cəncəldədir. Belə ki, gənc vokalçının videogörüntülərinin yayıldığı barədə məlumatlar dolaşır. Show.az-ın yaydığı xəbərə görə, Ülvi Qılıncın video görüntüləri yayılıb. Hətta, gizli nömrələrdən gənc müğənniyə zəng edərək, video görüntünün internetdə yayılmaması üçün ondan külli miqdarda pul tələb edirlər. Məsələylə bağlı münasibət öyrənmək üçün Show.az müğənniyə zəng edərək, həqiqətən də, video görüntülərin olub-olmamasını dəqiqləşdirmək istəsə də, o, sualı eşidən kimi özündən çıxaraq, telefonu bağlayıb. Belə bir görüntülərin həqiqətən də olub-olmadığını dəqiq bilməsək də, verilən məlumatlara görə, əgər Ü.Qılınc onu şantaj edənlərin istəyini yerinə yetirməsə, görüntülər internetdə yayımlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA