?Yeni Nəsil? KiV-in inkizafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqədə iztirak etməyəcək

img

26-06-2009 [05:58]


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet və jurnalist təşkilatları arasında müsabiqə elan edib. Layihələrin qəbulu iyul ayının 1-dən 31-nə kimi davam edəcək. Nəticələr isə sentyabr ayının birinci həftəsi açıqlanacaq. ?Yeni Nəsil? Jurnalistlər Birliyi müsabiqədə iştirak etməyəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (MİA) qurumun rəhbəri Arif Əliyev məlumat verib. Arif Əliyev MİA-nın əməkdaşı ilə söhbətində ?Yeni Nəsil?in müsabiqədə iştirak etməməsini fərqli istiqamətdə fəaliyyət göstərmələri ilə əlaqələndirib. ?Yeni Nəsil? sədri deyib ki, onlar daha çox xarici partnyorlarla əməkdaşlığa üstünlük verirlər: ?Ola bilsin ki, kimsə layihə yazıb, pul qazanmaq istəyir. Bizim isə belə pula ehtiyacımız yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR