MƏKTƏBLİ QIZLARIN UNİFORMALARI: "Məktəbli yaş dövrü hormonların oyandıgı..." - Mehriban Zeynalovadan açıqlamalar
13-03-2023 [10:02]
Orta məktəblərdə davranış, intizam qaydaları və məktəbli geyiminə dair tələblər artıq bütün orta təhsil müəssisələrinə göndərilib.
Bu qaydaların içində narahatlıq doğuran əsas məsələ geyim, özü də məktəbli qızların geyimidi.
Əlbəttə, digər qaydalar da məktəb-şagird münasibətləri, təlim-tərbiyə işləri üçün önəmlidi. Amma əgər məktəbli qızlar yeriyəndə, əyiləndə, oturub-duranda alt paltarı görünürsə, nə məktəb, nə təhsil, elə deyilmi?
Üstümə gəlməyin. Geyim təhsil prosesində əhəmiyyətli olmasaydı, niyə onda Qaydalarda yazırdılar ki, “qızların ətəklərinin uzunlugu diz xəttindən aşagı olmalıdı?”. Deməli, ətəyin uzunlugunun ölçüsünin bir mənası var təhsil işində. Mən hesab edirəm ki, bu, təkcə bir qayda deyil. Bu, etik davranış, ətrafa ictimai hörmət, həmçinin müəyyən edilmiş unforma mədəniyyətinin təzahürüdü. Bunu məktəb aşılayır təhsilalanlara, onları bu ictimai mədəniyyətə hazırlayır və cəmiyyətə təqdim edir.
Əminəm ki, bu çöldə qalan alt paltarları əslində qızların yox, təhsil ortamını təşkil edə bilməyən pis idarəçiliyimizin qurşagdan aşagı vəziyyətinin göstəricisidi. Bu, əslində təhsilimizin çöldə qalan alt paltarlarıdı. Qısa, bir qarış ətəklərlə dolaşan məktəbli qızları məhz həmin idarəçilər məktəbə buraxır və uniforma mədəniyyətinə göz yumur. Valideynlərlə əməkdaşlıq edilmir və geyim tələbləri sadəcə, divara yapışdırılan posterdən ibarət olur.
Təhsil sahəsində bu qədər problemin içində mənim məktəbli qızların qısa ətəyinə ilişməyim müasir, dünyagörüşlü, bir neçə əcnəbi dil bilən, Avropa mədəniyyəti görmüş xanımların xoşuna gəlmir, bilirəm. Üzümə də deyirlər. Amma mənlik burada nə var ki? O diz xəttindən aşagı ətəklərə dair qaydaları dövlət hazırlayıb. Məktəb idarəçiləri bunu yerinə yetirmirsə, mən danışaram, yazaram, hələ üstəlik, tələb də edərəm. Bizə başqa ölkələri, yaxud sovet dövrünü misal çəkməyin. Dediyim kimi, qaydalar var və buna əməl olunmalıdı.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Mia.az-a bildirir ki, məktəb qaydalarına əks olunan tələblər məktəb rəhbərliyi tərəfindən həyata keçirilməlidi:
- Ümumiyyətlə, o qaydalar məktəblərdə təlim-tərbiyə sahəsində bir sıra məsələləri tənzimləyir və təkcə geyimə aid deyil. Təhsilalanların ictimai həyata və cəmiyyətə hazırlanması, mükəmməl vətəndaş olaraq yetişdirilməsi təhsil siyasətinin bir hissəsidi. Vahid formadan istifadə, yaxud, xarici görünüş və geyimin detallarına dair tələblərə riayət edilməsi ilə əslində uşaqların gələcək həyatına və karyerasına dair vərdişlərin yaranmasının fundamenti qoyulur. Elə sahələr var ki, orada ciddi uniformadan istifadə olunur. Elə dövlət idarələri var ki, orada protokol geyim tərzi var. Bu vərdişlərin də zamanla əldə olunması tərbiyə işinin bir hissəsidi. Ümumiyyətlə, mən təbiətən liberal insan olsam da, geyim standartları təpkisi ilə yaşamasam da, ətrafımdakı insanların hər zaman, hər barədə azad, sərbəst seçim etməsinə şərait yaratsam da, hesab edirəm ki, məktəb ortamı çox həssas sahədi və burada arzular yox, qaydalar əsas götürülməlidi.
- Sovetin vaxtında məktəbli qızların qısa ətəkləri var idi, bilirəm. Amma bu müqayisənin ugursuz oldugundan əminəm. Çünki sovet vaxtı heç də hər yerdə, hər məktəbdə ətəklər qısa deyildi. Mən rayonda, kəndlərdə məktəbli qızların mini ətəklərini görməmişdim. Yəni, bu, bir “şəhər qızları” ifadəsinin altyazısı idi. İkincisi, hazırkı dövrdə qısa ətəklər məktəbli qızların dəblə uygunlaşmaq həyəcanının bir hissəsinə çevrilib. Başqa sözlə desək, məktəblərimiz hazırda məktəbdən daha çox podiuma bənzəyir. Axı bu işin aksesuar, makiyaj hissəsi var. O ətəklərə yaraşan aksesuar və makiyajın rəng seçimini düşünən məktəbli qızlarımızın işi bir az zor deyilmi, sizcə?
- Mən ətək məsələsinin şagirdlərin fikrini yayındırdıgını demək istəməzdim, bunun üçün əlimizdə əsasımız yoxdu. Belə fikri irəli sürməkçün gərək tədqiqat aparasan. Amma aydın məsələdi ki, indi dövr başqadı. İnsanların hisslərinin səmimiyyəti əksər hallarda şübhə dogurur. Məktəbli yaş dövrü hormonların oyandıgı, uşaqların öz hissləri ilə tanış oldugu vaxtdı. Hər yalnış ola bilər. Məktəbli qaydaları həm də bu halların nəzərə alınmasına xidmət edir, məncə. Orta məktəb şəkillərinə baxanda, özüm qarışıq qısa ətəkli sinif yoldaşlarımı görürəm və etiraf edirəm ki, zəmanə hazırda çox dəyişilib. Uşaqların beyni ildırım sürəti ilə inkişaf edir. Məktəb bunları düzgün yönləndirmək, həm də inkişaf etdirməkçün vahid platforma üzərindən hərəkət etməli və idarə etməyi bacarmalıdı.
Zülfiyyə Mustafayeva
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb