Vüqar Səfərov: ?Redaktorlardan tələb edəcəyik ki, onlara ayrılan vəsaitin bir hissəsi sıravi jurnalistlər arasında bölüzdürülsün?

img

25-06-2009 [02:55]


Bu gün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərov media nümayəndələri üçün mətbuat konfransı keçirib. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu il aprel ayının 3-də yarandığını xatırladan icraçı direktor Fondun ümumi büdcəsinin 1,3 milyon manat olduğunu bildirib. Onun sözlərinə görə, bu məbləğdən 200 min manat Fondun xərclərinə ayrılıb: ?1,1 milyon manat isə təyinatı üzrə KİV-in inkişafına yönəldiləcək. Yazılı KİV, jurnalist təşkilatları və peşəkar mətbuat nümayəndələri bu vəsaitdən yararlana biləcəklər?. Vüqar Səfərov qəzetlərə və jurnalist təşkilatlarına layihələr əsasında vəsait ayrılacağını deyib. Qeyd edib ki, layihələrin qəbulu iyul ayının 1-dən 31-nə kimi davam edəcək: ?İyul ayının 1-dən 7-nə kimi Mətbuat Şurasının ofisində qəzet və təşkilat rəhbərləri üçün treninqlər keçiriləcək. Treninqlərin keçirilməsində məqsəd müsabiqədə iştirak etmək istəyən KİV və jurnalist təşkilatlarına yardım etməkdir. Fondun rəhbərliyi tərəfindən 11 istiqamət müəyyənləşib. KİV və təşkilat rəhbərləri bu istiqamətlər üzrə layihələr hazırlaya bilərlər. Müsabiqədə bir il öncə təsis olunmuş və ən azı həftədə bir dəfə işıq üzü görən KİV-lər iştirak edə bilərlər?. İcraçı direktor layihələrin ekspertlər tərəfindən qiymətləndirələcəyini vurğulayıb. Bildirib ki, obyektivliyi təmin etmək üçün bütün layihələr kodlaşdırılacaq. Onun sözlərinə görə, dövlət tərəfindən təsis olunmuş KİV-lər və jurnalist təşkilatları müsabiqədə iştirak edə bilməyəcək. Vüqar Səfərov Dəstək Fondunun 22 iyul Milli Mətbuat Gününə ciddi hazırlaşdığını deyib. Qeyd edib ki, bu il Milli Mətbuat Günü ?Gülüstan? Sarayında keçiriləcək. İcraçı direktor Dəstək Fondunun jurnalistələrə bayram hədiyyəsi hazıladığını söyləyib: ?Ötən il Milli Mətbuat Günü münasibətilə qəzetlərə və informasiya agentliklərinə Prezidentin Ehtiyat Fondundan 5 min manat vəsait ayrıldı. Çox güman ki, bu il həmin yardım Dəstək Fondu tərəfindən həyata keçiriləcək. Yardımı alan KİV-lərdən tələb olunacaq ki, onların hesabına köçürülmüş vəsaitin ən azı 2 min manatını kollektivə ayrılsınlar. Yerdə qalan 3 min manat isə redaksiyanın maddi-texniki bazasının gücləndirilməsinə sərf oluna bilər. Bu il həmçinin sıravi jurnalistlərin mükafatlandırılması da nəzərdə tutulur. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu iqtidar və müxalifət qəzetləri arasında heç bir fərq qoymadan mətbuatın tərəqqisi üçün əlindən gələni edəcək?. Müsabiqə layihələrinin əsas istiqamətləri bunlar olacaq: 1. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi. 2. İnsan hüquq və azadlıqlarının müdafiəsi 3. İctimai və dövlət maraqlarının müdafiəsi 4. Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 5. Azərbaycançılıq ideyasının, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrin, elm və mədəniyyətin təbliği; 6. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqlərinin problemlərinin işıqlandırılması; 7. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi; 8. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; 9. Uşaq və gənclərin fiziki mənəvi inkişafı; 10. Jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması; 11. KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsi; 12. Digər sahələr: KİV-lərin və jurnalistlərn mükafatlandırılması, jurnalistlərin beynəlxalq tədbirlərdə iştirakına dəstək, KİV-lər tərəfindən irəli sürülən ictimai əhəmiyyətli ideya və təşəbbüslərin davamlı olaraq dəstəklənməsi, KİV-lərə metodiki, konsultativ və texniki yardımların göstərilməsi, konfrans, seminar və digər zəruri tədbirlərin dəstəklənməsi, konsepsiya müddəalarından irəli gələn digər fəaliyyətlərin dəstəklənməsi.

Digər xəbərlər
SON XƏBƏRLƏR