Hakimiyyət telekanallara qadağa qoyub

img

22-06-2009 [12:35]


QHT-lər haqqında qanunda antidemokratik dəyişikliklər edilməsinə qarşı ölkədə ictimai, siyasi qurumların ciddi təpki göstərməsi hakimiyyəti bir sıra tədbirlərə əl atmağa məcbur edib. Bu tədbirlərdən biri telekanallara bu mövzuda verilişlərə hakimiyyətin istəyi əleyhinə çıxanların buraxılmaması xəbərdarlığının verilməsidir. Dünən redaksiyamıza verilən məlumata görə, ANS telekanalında QHT-lər haqqında qanun mövzusu ilə bağlı şənbə günü olacaq canlı efirə Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov və Respublikaçı Alternativ İctimai Birliyinin rəhbəri İlqar Məmmədov buraxılmayıblar. Dünən məsələ ilə bağlı dəqiqləşmə aparmaq üçün ANS-ə dəfələrlə zəng etsək də, telefonların məşğul olması səbəbindən heç bir əlaqə yarada bilmədik. Eldar Namazov sualımızı dinləyib bir qədər düşündü və bu məsələyə şərh vermək istəmədiyini bildirdi. Biz israr etdikdə isə belə cavab verdi: ?Bu cür məsələlər barədə hər hansı açıqlama verməyi ümumiyyətlə düzgün saymıram. ANS Azərbaycanda yeganə teleməkandır ki, vətəndaş cəmiyyəti də, siyasətçilər də orada vaxtaşırı öz mövqelərini bildirirlər. Bu imkan vaxtaşırı yaradılır. Sizin dediyiniz məsələ ilə bağlı əlavə şərh vermək istəməzdim. ANS-in fəaliyyətinə, iş prinsiplərinə hörmətlə yanaşan adamam?.

Digər xəbərlər
SON XƏBƏRLƏR