Əflatun Amazov: ?Orta hesabla hər qəzet bir ayda 30 dəfə pezə etikasını pozub?

img

19-06-2009 [02:25]


Bu gün Azərbaycan Mətbuat Şurası ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi ?Mətbuatda peşə etikası norma və qanunlarının gözlnilməsi? adlı layihənin nəticələrini açıqlayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, layihənin həyata keçirilməsində məqsəd mətbuatda gedən prosesləri izləmək, əldə olunan nəticələri ictimaiyyətə çatdırmaqla jurnalistlərin peşə fəaliyyətində dönüş yaratmaq, onların iş prosesində yol verdiyi neqativ cəhətləri aradan qaldırmaq və peşəkarlıq səviyyəsinin qaldırılmasına nail olmaqdır. Şura sədri deyib ki, monitorinq 2009-cu il fevralın 1-dən başlayıb, 1 fevral 2010-cu ildə bitməklə bir illik dövrü əhatə edir: ?Monitorinqin Ən ümdə cəhəti odur ki, diqqət jurnalistika fəaliyyəti çevrəsinin yalnız bir seqmentinə ? peşə etikasına yönəlib. Bütün siyasi, sosial və digər sahələr monitorinqin tədqiqat obyektindən kənardadır. Monitoriq Azərbaycan və rus diləlrində dövrü nəşr olunan (həftədə ən azı bir dəfə) 57 mətbu KİV-i və 4 internet saytı əhatə edir. Beləliklə, hər ay ərzində monitorlar tərəfindən 4 internet saytı da əlavə olunmaqla 1200 nüsxədən artıq qəzet nəzərdən keçirilir?. Əflatun Amaşov deyib ki, bir ya ərzində aparılmış monitorinqin nəticəsində ümumilikdə 1750 peşə etikası pozuntusu aşkralanıb. Bu pozuntuların 1694-ü mətbu KİV-də, 56-ı İnternet-saytda qeydə alınıb.Orta hesabla hər mətbu orqana 30 pozuntu düşür. Şura sədri bildirib ki, peşə etikasına riayət etməyən qəzetlərlə bağlı Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət ünvanlayacaqlar: ?İstəyirik ki, Dəstək Fondu qəzetlərə maddi yardım edəndə bu amili də nəzərə alsın?. Sonra jurnalistlərə peşə etikasını pozmuş qəzetlərin siyahısı olan xüsusi kitabça paylanıb. Müxtəlif kateqoriyalar üzrə ən çox pozuntuya yol vermiş qəzetlərin siyahısında ?Səs?, ?Müasir Müsavat?, ?Azadlıq?, ?Yeni Xəbər?, ?Yeni Müsavat?, ?Hürriyyət? və başqa mətbu orqanların adları yer alır.

Digər xəbərlər
SON XƏBƏRLƏR