Azərbaycanlı jurnalistlər erməniləri inandırmağa gedirlər

img

16-07-2009 [02:45]


Bu gün Jurnalist Ekspert Mərkəzinin (JEM) üzvləri Azərbaycan Media Mərkəzində bir qrup jurnalistin Dağlıq Qarabağa nəzərdə tutulan səfərilə bağlı mətbuat konfransı keçiriblər. Müstəqil İnformasiya Agentliyi (MİA) xəbər verir ki, tədbiri giriş sözü ilə açan JEM üzvü Nicat Dağlar Dağlıq Qarabağa səfərdə əsas məqsədin Azərbaycan oxucularını obyektiv informasiya ilə təmin etmək olduğunu deyib. Nicat Dağlar bildirib ki, onların bölgəyə səfəri ölkə mətbuatında Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşlarının həyatı ilə bağlı informasiya boşluğunu aradan qaldıracaq: ?Biz uzun illərdi ki, peşəkar jurnalist fəaliyyəti ilə məşğul oluruq. Dəfələrlə hasardan aşıb reportaj hazırlamışıq, özümüzü xəstəliyə vurub, hansısa səhiyyə ocağında baş verən neqativ hallarla bağlı fakt toplamışıq. Sözsüz ki, Dağlıq Qarabağa səfərimizin baş tutacağı təqdirdə, ermənilərin bizdən gizlətdikləri hansısa faktı da ortaya çıxarmağa nail olacağıq. Ona görə də qrup üzvlərini araşdırma jurnalistikası ilə məşğul olan media təmsilçilərinin arasından seçmişik?. Tanınmış vəkil Aslan İsmayılov da Dağlıq Qarabağa səfərə hazırlaşan jurnalistlərlə həmrəylik nümayiş etdirib. Dağlıq Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olduqlarını xatırladan hüquqşünas ölkə mətbuatında onların problemlərinə yer ayrılmasının vacib olduğunu bildirib: ?Ermənilərə hədə-qorxu gəlməklə, telekameralar qarşısında onlara fiziki təzyiq göstərməklə Dağlıq Qarabağ münaqişəsinin həll edə bilməyəcəyik. Problemin həllindən danışırıqsa, beynəlxalq ictimaiyyətin də rəyini nəzərə almalıyıq. Erməniləri inandırmalıyıq ki, Azərbaycan dövlətinin himayəsi alotında yaşasalar, heç kim onların hüquqlarını tapdalamayacaq. Mən, ermənilərlə tez-tez ünsiyyətdə oluram. Hələ indiyə kimi bir erməni də mənə hədə-qorxu gəlməyib. Əksinə, onlar mənim üzümə gülüblər, özlərini mədəni xalq kimi təqdim etməyə çalışıblar. Biz də onlarla təmasda olarkən diplomatik davranmalı, beynəlxalq ictimaiyyəti qıcıqlandıracaq heç bir hərəkətə yol verməməliyik. Ramil Səfərovu Milli Qəhrəmana çevirməyimiz onun ömürlük məhbus olması ilə nəticələndi. Bu səhvi bir də təkrarlamamalıyıq?. JEM-in rəhbəri Ceyhun Musaoğlu isə deyib ki, 7 nəfərlik qrupun Dağlıq Qarabağa səfər etməsi üçün onlar Azərbaycan prezidenti İlham Əliyevə və xarici işlər naziri Elmar Məmmədyarova müraciət ediblər: ?Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna da müraciət etməyə hazırlaşırıq. Biz jurnalistik, öz torpaqlarımızdan reportaj hazırlamaq istəyirik. Deyirlər ki, Dağlıq Qarabağın açarı Moskvanın əlindədir. Bu, belə deyil. Dağlıq Qarabağın açarı Azərbaycan xalqının əlindədir. Amma bu açarın düşdüyü qıfılı tapa bilmirik?. Ceyhun Musaoğlu deyib ki, bir qrup azərbaycanlı jurnalistin Dağlıq Qarabağa səfərinin təşkil oulnması münaqişənin həlli istiqamətində başlanmış prosesin inkişaf etməsinə xüsusi töhfə verə bilər: ?Biz hesab edirik ki, bu vaxta qədər Dağlıq Qarabağa səfər etmiş Azərbaycan nümayəndə heyətinin tərkibində cəm olmuş şəxslərin statusu onlara siyasi çərçivədən çıxıb, məhz xalq diplomatiyasının mahiyyətinə uyğun davranmalarına imkan vermir. Bu xüsusda jurnalistlər sərbəstdirlər və onların Azərbaycanın maraqlarından dolayı açıq suallarla çıxış etmək, Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşlarını dövlətimizin iqtisadi zənginliyinin onların da həyatına müsbət təsir göstərəcəyinə inandırmaq imkanları genişdir?. Sonda JEM üzvləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR