Muğam Teatrı zairənin yaradıcılıq gecəsinə hazırlazır

img

19-06-2009 [02:21]


Muğam Teatrı daha bir yaradıcılıq gecəsi keçirəcək. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə sözügedən teatrın direktoru Arif Qazıyev tərəfindən verilib. Direktorun sözlərinə görə, keçirilməsi nəzərdə tutulan mərasim şair Zivər Ağayevanın yaradıcılığına həsr ediləcək: ?Şair Zivər Ağayeva böyük yaradıcılığa malikdir. Onun gözəl sənət əsərləri var. Teatr həmişə bu şairin yaradıcılığını keçirməyi düşünüb. Amma hər dəfə şairə müəyyən səbəblərdən onu təxirə salmışdı. Bu dəfə çalışdıq ki, şairənin yaradıcılıq gecəsini təqdim edək. Sözün düzü, özü də buna məmnun oldu?,- deyən A.Qazıyevin fikrincə, bu mövsümün ən yaddaqalan tədbirlərindən biri olacaq. Qeyd edək ki, Z.Ağayevanın yaradıcılıq gecəsi iyunun 22-də baş tutacaq. Gecədə şairənin həyat və yaradıcılığından söhbət açılıb, onun şeirlərindən parçalar səsləndirilicək: ?Gecədə mahnı ilə şeir üstünlük təşkil edəcək. Onun şeirlərini demək Milli Dram Teatrının aktyor və aktirsalarına həvalə edilib. Bu şeirlərə bəstələnmiş mahnılara gəlincə isə xalq artisti Nazpəri Dostəliyeva, Mələkxanım Əyyubova, Zeynəb Behbudova, Lalə Məmmədova, Vəsilə İbrahimova, Fədayə Laçın, Faytonçu Nazim və başqlarının ifası qonaqların ürəyincə olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA