Seymur Baycan Azərbaycanı tərk edib

img

18-06-2009 [05:30]


Tanınmış yazıçı-jurnalist Seymur Baycan Rusiyaya gedib. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə Seymur Baycanın özü verib. Rusiyaya gedən gənc yazıçı səfərinin bir qədər uzun olacağını da qeyd edib: ?Çox yorulmuşam. Azərbacanın hər yerində problemlər var, hara gedirsən, problemlər də, qeyri-adi hadisələr də səninlə gedir. Belə vəziyyətlə hər gün qarşılaşmaqdan yorulmuşam. İstirahətə ehtiyacım var. Düşünürəm ki, istirahət etmək və enerji toplayıb, yeni yaradıcılıq işlərinə başlamaq üçün Rusiyada daha əlverişli mühit mövcuddur. Ola bilsin ki, yeni kitabı yazmağa da orada başladım?. Qeyd edək ki, S.Baycan azı iki-üç ay orada qalmaq fikrindədir. Deyir ki, üzünə xoş baxsalar, uzun müddət Rusiyada qalacaq və sözsüz ki, yaradıcılıq işlərini orada davam etdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR